Aidə Kamilova

6/10
·536 syf.··
2024 17. kitabı
·
5 günde okudu
·
Okunma: 13 Temmuz 2024 23:07
Kitabın üzünün belə rəngarəng olmasına baxmayın. İçərisi heç də elə deyil. Bir insan nə qədər kin saxlaya, başqalarına nifrət hissi bəsləyə bilər?! Kitabı oxuduqda ilk olaraq Heatcliff rəhm edəcək, daha sonra əsəbləşəcək, ən sonda isə nifrət edəcəksiniz :) Heatcliff çox kasıb, küçədə yaşayan bir uşaq ikən varlı bir ailəyə gətirilir. Ailə üzvləri bu vəziyyətə sevinməsə də, zamanla alışırlar. Ancaq Heatcliffi evə gətirən Ms Earnshaw dünyasını dəyişdikdən sonra hadisələr tamamilə dəyişir. Spoiler olmasın deyə tam deməyəcəm, amma Heatcliff zamanla öz sevgisini, hətta oğlunu belə intiqamına qurban verən birinə çevrilir. Bir də bu kitab sevgi romanı deyə qeyd olunur, amma mən heç elə deməzdim. Kitabı oxuduqca yorula bilərsiz. Çünki dövrün adətlərinə görə öz adlarını və ya soyadlarını övladlarına qoya bilərdilər. Bu da kitabda qarışıqlığa gətirir. Müəyuən qədər oxuyur, sonra isə görürsən ki, heç nə anlamadın. Ona görə ilk olaraq kitabın incələmələrini oxumağınızı və ya youtubedə edilən təhlilləri dinləmənizi məsləhət görərdim.
Tufanlı YoxuşlarEmily Brontë · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 058bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
8/10
·372 syf.··
2024 16. kitabı
·
30 saatte okudu
·
Okunma: 08 Temmuz 2024 00:17
Marc Levi müəllifliyi ilə oxuduğum ilk kitab idi. Detektiv sevməsəm də, yenə gəlir tapır məni) Hadisələrin əvvəli və sonu əla olsa da, ortalarda hadisələrin və iştirakçıların çoxluğuna görə sıxıldım düzü. Amma sonunu oxuyanda dedim ki: “Yaxşı ki, yarım qoymadım”. Jurnalist Endryu Stilman araşdırma zamanı təhlükəli hadisələrlə üzləşir. Bir səhər qaçış zamanı o, ölümcül yaralanır. Ayılanda hadisələrin 2 ay əvvələ aid olduğunu anlayır. Tale ona 2-ci şans verib. Deməli, qatili tapmaq və məsələləri həll etmək üçün 2 ay vaxtı var. Kitabı oxuduqca: “ Kaş mənim də həyatımı 10 il əvvələ qaytarmaq şansım olardı” - deyə düşündüm. Kitabın 2-ci hissəsi də “Qorxudan daha güclü hiss” romanıdır. Onu da mütləq oxuyacam.
1K
Yenidən Başlamaq Mümkün OlsaydıMarc Levy · Qanun Nəşriyyatı · 2015599 okunma
7/10
·264 syf.··
2024 9. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Mayıs 2024 01:23
Təsadüf nəticəsində Varis Yolçuyevin “Son məktub” kitabını oxudum. Məzmun olaraq mənə xitab etməsə də, yazıçının qələmini çox sevdim. Kitabın dili sadə, axıcı olmaqla bərabər cümlələr, ifadə tərzi çox təsirli idi. 1000 kitapda ən çox alıntı paylaşdığım kitab ola bilər) Sujet xəttini, ifadə tərzini çox bəyənsəm də, sonunu belə görmək istəməzdim. Heç bir qadın sevilmədiyi, seçilmədiyi yerdə qalmamalı, kitabdakı kimi ömrünü çürütməməlidir. Ümumiyyətlə, istər qadın, istərsə də kişi ilk özünə hörməti bacarmalıdır ki, digərlərindən eyni şəkildə qarşılıq ala bilsin. Siz siz olun Nailə kimi etməyin :)
Son MektubVaris · Yuva · 0385 okunma
4/10
·288 syf.··
2024 8. kitabı
·
4 günde okudu
·
Okunma: 03 Mayıs 2024 14:23
Paulo Coelhonun digər əsərləri ilə nisbətdə bu əsər ürəyimcə olmadı…Bənzətmələr, mövzular çox uzadılmışdı. Hər nə qədər karavan həyatı ən böyük arzum olsa da, bu kitabda istədiyimi tapmadım :(
1K
HippiPaulo Coelho · Qanun Nəşriyyatı · 03,506 okunma
10/10
·223 syf.··
Beğendi
·
2024 6. kitabı
·
6 günde okudu
·
Okunma: 28 Nisan 2024 13:00
Bitdi Yazıçı kitabın nəşrini görməsə də biz oxuyub bir dövrün hekayəsi ilə tanış olmuş oluruq. Başda bir ailənin faciəsi ilə başlayan hekayə hissə-hissə fərqli hekayələri birləşdirir və bir xalqın yaşadığı ağır, izdirablı günləri, illəri əhatə edir.Hekayələr eyni yerə- qaçaqçılık hərəkatının Azərbaycanı əhatə etdiyi dövrə bağlanır. Uzun zamandır tarixi kitab oxumurdum.(“Şükriyyə taleyim”dən bəri) Çox gözəl idi.
Ölən Dünyamİsmayıl Şıxlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0399 okunma