"Martin İden"i oxumusunuz, yəqin. Mən düz on bir il qabaq oxumuşam. 2014-cü ilin yayında.
Martin İden idealist gəncdir. O, uşaq saflığı ilə inanır ki, bir gün çox böyük yazıçı olacaq.
Martin aşağı təbəqədəndir. Kasıb ailədə böyüyüb. Amma onun azadlıq arzusu dünyada var olan hər şeydən güclü və böyükdür.
Martini çox az adam tanıyır. Kitablarını heç bir nəşriyyat çap eləmir. Amma bu onu ruhdan salmır. Çünki o, başqalarının təsdiqi üçün yox, özü üçün yaşayır.
Martin həm fərdiyyətçidir, həm də cəmiyyətçi. O inanır ki, sözlərlə yaşadığı cəmiyyəti və dünyanı dəyişə bilər.
Amma Martini heç kim anlamadı. Martin dəyişə bilmədi.
Martin təslim oldu.