Ali Bashirov

2/10
·322 syf.··
Beğendi
·
2022 5. kitabı
·
23 günde okudu
·
Okunma: 03 Ekim 2022 00:49
Çox tərif olunan, çox öyülən bir əsər- Çarlz Bukovski, "Qadınlar". Bioqrafiyasına nəzər saldıqda aydın olur ki, əsərdəki "Henri Çinaski (Hank)" obrazı əslində Çarlz Bukovskinin komuflaj olunmuş halıdı.Başdan-sona pornoqrafik məzmun və vulqar ifadələrdən ibarət olan əsərdə, qadınlara qarşı qəti aşağılayıcı mövqeyi ilə seçilən, onlardan yalnız seks obyekti kimi istifadə edən, alkoqolist, nihilist xarakterə malik Hank Çinaskinin həyat hekayəsi qələmə alınıb.Qısası oxumasaz heçnə itirməyəcəksiniz.Sıfır dərinlik, sıfır faydalılıq və vulqarizmlər.Subyektiv... Charles Bukowski
Edebiyat
QadınlarCharles Bukowski · Qanun Nəşriyyatı · 20204,249 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
"inqilab çəkici"
Puan vermedi·
Beğendi
Artur Montanelliyə allah kimi inanırdı.Lakin həqiqətləri öyrənməsi onda Montanelliyə, tanrı qarşısındakı paklığına inanaraq günahlarını etiraf etdiyi halda onu ələ verən keşişə və bu "müqəddəslərin" simasında İsaya nifrət yaratdı. Çəkici stolun üstündən qapıb, İsanın pyedestaldakı təsvirinə sarı cumdu.Parça-parça olmuş təsvir ayaqları altına töküldü.Öz-özünə "Bu nə asan şeymiş" dedi. Təsəvvür edin, birneçə saniyədə həyatınız büsbütün dəyişir.Allah kimi inandığımız şəxslərin xəyanəti ilə içimizdəki savaş üsyana dönür və çevrilişlə sona çatır.Artur kimi bizdə, əlimizdəki "inqilab çəkici" ilə müqəddəs saydıqlarımızın əbədi fiqurlarını bir an içərisində parça-parça edirik.Geriyə tək bir cümlə qalır-"Bu nə asan şeymiş" - "Arxada çirkin yalanlar, kobud hiylələr, üfunət dolu durğun həyat bataqlığı qalırdı, elə bir dayaz bataqlıq ki, onun içində heç boğulmaqda mümkün deyildi."
Edebiyat
OvodEthel Lilian Voynich · Altun Kitab · 20122,317 okunma