Ethel Lilian Voyniçin “Ovod” romanı azadlıq, xəyanət və inqilabi mübarizə haqqında güclü bir əsərdir. Əsas qəhrəman Artur Barton saf bir gənc ikən, xəyanət və itkilərdən sonra “Ovod” ləqəbini götürərək inqilabçıya çevrilir.Roman onun daxili dəyişimini, azadlıq uğrunda mübarizəsini və keşiş Montanelli ilə olan çətin münasibətini təsvir edir. “Ovod” yalnız tarixi bir roman deyil, həm də insanın inanc və idealları uğrunda apardığı mübarizəni əks etdirən təsirli bir əsərdir.