Möhtəşəm bir kitab, bu kitaba və özümə bir söz verirəm: növbəti 5 il ərzində, düşüncələrim daha da olgunlaşanda, həyata indikindən də daha dərin baxdığım zaman yenidən oxuyacam kitabı, hətta indi görmədiyim bəzi məqamları o zaman kəşf edəcəyimi bilirəm... Qisas sözünə yeni bir anlamını gətirməyi bacaran bir kitab. Sizi məhv edən insanlara barmağınızın ucu ilə vurmadan həyatlarını məhv etmək... Düşünün ki, həyatınızın ən gözəl çağıdır, çox sevdiyiniz və evlənmək üzrə olduğunuz bir qadın var, bacarıqlı olduğunuz işdə çox gənc yaşında yüksək rütbə əldə edirsiniz, lakin sizi gözü götürməyən bir neçə insan üzündən 14 il həbs yatırsınız, geri qayıdanda isə heç nəyiniz qalmayıb, sevgiliniz başqa biri ilə evlidir (sizə tələ quranlardan biri ilə), atanız yoxsulluq içində, aclıq səbəbilə ölür... Beləcə, Edmon Dantesin, yəni Qraf Monte Kristonun ağlasığmaz, qarmaşıq, qanlı və dəhşətli planı başlayır.