Asiman

10/10
·201 syf.·
2026 13. kitabı
Qədim Yunan fəlsəfəsinin ən mühüm mətnlərindən biri “Sokratın Müdafiəsi”dir. Əsər təkcə tarixi bir hadisəni əks etdirmir, həm də fəlsəfi düşüncənin əsas prinsiplərini əks etdirir. Sokrat müdafiə nitqində öz müdrikliyinin cahilliyini dərk etməklə əlaqəli olduğunu bildirir. Sokrat məhkəmə tərəfindən ölümə məhkum edilir, lakin o bu qərarı təmkinlə qarşılayır. Bildirir ki, ölüm bir növ yuxuya bənzəyən rahatlıq, ya da başqa bir aləmdə müdrik insanlarla söhbət etmək imkanı ola bilər. Beləliklə, bu mətn etik prinsiplərin, azad düşüncənin və vicdanın gücünü vurğulayır. Əsər fəlsəfi dialoqların ən erkən nümunələrindən biri kimi sonrakı fəlsəfə tarixində böyük təsirə malik olmuşdur. Oxumağa mütləq ki, dəyər
Sokrates'in SavunmasıPlaton (Eflatun) · Türkiye İş Bankası Kültür Yayınları · 202564,7bin okunma
Reklam
9/10
·152 syf.·
2026 12. kitabı
5 əsrdən çoxdur ki, “Hökmdar” əsəri ətrafında qızğın mübahisələr gedir. Makiavellinin əsərdəki fikirləri bəzi mütəfəkkirlər tərəfindən rədd edilmiş, bəziləri tərəfindən təhrif edilmişdir. Lakin buna baxmayaraq bu əsərlə o “Makiavelizm” terminin əsasını qoymuş oldu. Makiavelli sözü gedən əsərdə bir çox şeylərlə bərabər səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət və digər anlayışları çox dəqiqliklə analiz edir. Və onlara yeni məna verir. Makiavelli qeyd edir ki, hakimiyyətə can atan adam öz məqsədinə yetməkdən ötrü əliaçıq olmalıdır. Daha sonra o qeyd edir ki Hökmdar əgər təbəələri itaətdə saxlamaq istəyirsə, o, qəddar adam kimi tanınmaqdan çəkinməməlidir. Bu kimi fikirlərə görə Makiavellini qəddar adlandırırlar. Lakin düşünürəm ki, əsər indiki dövr üçün də öz aktuallığını qoruyub saxlayır və Makiavelli deyilən qədər qəddar olmayıb. Bu ittihamların heç bir əsası yoxdur. Çünki Makiavelli heç bir zaman heç yerdə mütəmadi olaraq sərt tədbirlərin keçirilməsi ilə bağlı nəsə yazmamışdır. Kitabı oxumağa dəyər
HökmdarNiccolo Machiavelli · Qanun Nəşriyyat · 202420,3bin okunma
10/10
·272 syf.·
2026 10. kitabı
Bulqakovun “Master və Marqerita” əsərinə bərabər, Azərbaycan nəsrinin, onun fəlsəfi-psixoloji portretində çatışmayan nəsnələri dolduran demək olar ki, yeganə əsər. Şərin obrazının ən qüvvətli yaradıldığı və ifadə edildiyi möhtəşəm nəsr nümunəsi. Yusif Səmədoğlu yaradıcılığı az olsa belə ədəbiyyatımız, nəsrimiz üçün Dostoyevski, Bulqakov qədər çox önəmli bir qələm sahibidir
Qətl GünüYusif Səmədoğlu · Qanun Nəşriyyatı · 2014161 okunma