"Bu üzdə güclə seziləcək bir qəribəlik, hansısa kobud ifadə, bəlkə də,gözlərində ağırlıq,ya da dodaqlardakı əyrilik onun mükəmməl gözəlliyinə xələl gətirirdi."
Artur Konan Doyl.
Yaxşı gün ard-arda gələn üç qırmızı maşın gördükdə Kifayət qədər Yaxşı gün, ard-arda gələn beş qırmızı maşın gördükdə Ən yaxşı gün, ard-arda gələn dörd sarı maşın gördükdə isə Qara gün olduğunu deyirəm. Qara gün olduqda mən heç kəslə danışmır,sakitcə oturub öz kitablarımı oxuyuram.
Polis idarəsinin hücrəsində qalmaq gözəl idi. Hücrə, demək olar ki, mükəmməl bir kub şəklində inşa olmuşdu.Onun həm uzunluğu,həm də hündürlüyü iki metr idi.Hücrədə təqribən 8 m³ hava olardı.Hücrənin bir tərəfində dəmir barmaqlıqlı balaca pəncərə var idi, onunla üzbəüz divara isə metal qapı yerləşdirilmişdi.
Sadə ədədlər kodlaşdırma üçün çox faydalıdır və Amerikada bundan hərbi məqsəd üçün istifadə olunur.Əgər kimsə uzunluğu 100 rəqəmi keçən sadə ədəd taparsa, bu haqda Mərkəzi Kəşfiyyat Agentliyinə xəbər verməlidir və onlar o ədədi həmin adamdan 10000 dollar qarşılığında satın almaqdır.Lakin bu, yaşamaq üçün pul qazanmağın heç də ən yaxşı yolu deyil.