Öz dostlarının qədrini bilən adam heç vaxt həyat fırtınaları qarşısında sarsılmaz, amma çətinlikləri aradan qaldırmaq və irəli getmək üçün həmişə özündə qüvvə tapar.
Öz çatışmazlıqlarını aradan qaldırmaq üçün daim hər cür əlverişli fürsətdən istifadə eləyir, ona görə ki, güzgüdə özünü başqa adamların simasında görür.
Mənə ilk fürsətdəncə özünü ən pis tərəfdən göstərməyə çalışan o qədər adam rast gəlib ki. Onlar döyüşkənlik gücünün arxasında daxili qüvvələri gizlədirlər: tənhalıq qorxusunu sərbəstlik maskasının altında ört-basdır eləyirlər. Onlar öz imkanlarına inanmırlar, amma hər künc bucaqda öz xeyirahlıqları və ləyaqətləri barədə qışqırırlar.
“Öz düşmənini sənin üzərinə hücuma keçib çox şey əldə eləyəcəyinə inandır, bununla onun döyüş ehtirasını zəiflədirsən”
Əgər başa düşsən ki, düşmən üstünlüyə malikdi, onu döyüş meydanında tək qoymaqdan utanma, ona görə ki, ayrıca bir savaşın yox, müharibənin son nəticəsi vacibdir.
Əgər qüvvən kifayət qədərdirsə, saxta abırı kənara at, özünü zəif göstər: bu düşməni ehtiyatlılığı unutmağa, əlverişli məqam gözləmədən cummağa məcbur eləyər.
“Düşməni çaşbaş salmaq - müharibədə qələbənin rəhnidi”