Asiadeh

Asiadeh
@Aytac077
Puan vermedi·704 syf.··
Beğendi
·
2023 6. kitabı
Viktor Hüqo ədəbiyyat aləmində öz əsərləri ilə sözünü demiş, dünya ədəbiyyatına damğasını vurmuş bir şəxsiyyətdir. Müəllifin "Gülən adam" əsəri də bəyəndiyim kitablar arasında ilk sıralarda yer aldı. Roman çox maraqlı, məlumat yüklüdür, bir neçə mövzuya toxunulur. Kitabı oxuduqca beynimdə gedişatla bağlı yeni-yeni suallar yarandı. Əsər məlumatı, haşiyəsi bol olduğu üçün suallarıma tez cavab tapa bilmirdim, amma oxucunun marağını isti saxlayan əsərlərdəndir. Bədii tərəfi qədər tarixi tərəfi də güclüdür. Təsvirləri də çoxdur və bu təsvirlər baş verən hadisələri, verilən obrazları zaman və məkan cəhətdən qavramaq üçün çox önəmlidir. Tez-tez haşiyədən kənara çıxılması əsəri ağırlaşdırıb, hadisələrin irəliləməsini gecikdirsə də yeni məlumat öyrənmə baxımından müsbət haldır, həmçinin baş verənləri də daha dəqiq anlamaq üçün oxucuya kömək edir. Obrazların da hər biri özünəməxsus idi. Onların dili ilə müəllif öz fikirlərini, düşüncələrini oxucuya çatdırır, xüsusən də bəzi obrazların dilindən verilən monoloqları çox bəyəndim. Sanki 19-cu əsr insanına yox, bu günə, bu günün insanına müraciət edilir. Bədiiliklə tarixiliyin sintezdə verildiyi bu roman ümumilikdə gözəl, oxunmalı əsərdir. Çox sadə üslubda, axıcı dillə yazılıb deməzdim, lakin oxucunu yormayan dili, oxumağa təşviq edən mövzusu vardır.
Edebiyat
Gülən AdamVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2020366 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
10/10
·184 syf.··
Beğendi
·
2023 5. kitabı
Azərbaycan Xalq Cümhuriyyəti dedikdə bəlkə də ağla gələn ilk isim Azərbaycan istiqlal hərəkatının öndəri, daima istiqlal məfkurəsini yaşadan , davam etdirən və cümhuriyyətimizin banisi olan Məhəmməd Əmin Rəsulzadənin ismidir. Siyasi fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılıqla da məşğul olan Rəsulzadənin qələmə aldığı "Azərbaycan Cümhuriyyəti" əsəri orada əks olunan tarixi bilgilər, özündə ehtiva etdiyi AXC-nin yaranması və sonrakı dövrü haqqında məlumatlar baxımından əvəzsiz və son dərəcə qiymətli bir əsərdir. Hadisələrə bizzat şahidlik etmiş Rəsulzadənin qələmindən çıxan bu əsərdə əvvəlcə Azərbaycan xalqı, onların ədəbi-mədəni həyatı haqqında yazılmışdır. Bir neçə səhifə xalqımız onun tarixi, mədəniyyəti barədə oxuyub tanış olduqdan sonra, 20-ci əsrin əvvəllərindəki mürəkkəb tarixi dövrün ictimai-siyasi mənzərəsi təsvir olunur. Rusiyada baş verən inqilablar, cümhuriyyətə gedən çətin yol və elan olunmasına qədər Cənubi Qafqazda cərəyan edən əsas hadisələr və cümhuriyyətin hansı siyasi vəziyyətdə və şərtlər daxilində əsasının qoyulması xronoloji ardıcıllıq, konkret və əsaslı faktlarla göstərilir. 1917-ci il olaylarının ümumi tarixi təsvirindən sonra 1918-ci ilin mart ayında baş vermiş, bu gün 31 mart soyqırımı kimi qan yaddaşımıza yazılan mart hadisələrinin pərdəarxasında Bakı bolşeviklərinin durması, Daşnaksütyun partiyasının onlarla sıx əlaqədə və ittifaqda olması və bundan cürət tapan ermənilərin Gəncə, Şamaxı, Lənkəran, Quba kimi qəza və şəhərlərdə müsəlman əhalini vəhşicəsinə qətl etməsi də yer alıb. Belə bir qarışıq tarixi şəraitdə ortaya çıxan əngəllərə baxmayaraq, belə ki bir tərəfdə qanlı hadisələrə səbəb olan bolşevik-daşnak ittifaqı, digər tərəfdə Trabzon konfransı zamanı Osmanlı heyətinin qoyduğu şərtlər və üstəlik erməni-gürcü heyətinin yaratdığı
Edebiyat
Azərbaycan CümhuriyyətiMehmet Emin Resulzade · Mücrü Nəşriyyatı · 202143 okunma
Puan vermedi·47 syf.··
Beğendi
·
2023 2. kitabı
İdeal müəllim... Universitet professoru Raçinski tələbələri tərəfindən sevilən, hörmət edilən eyni zamanda son dərəcə istedadlı, riyaziyyat sahəsində dərin elmi biliyə malik müəllim idi. Geniş hüdudları olan elm dünyasında yolunun açıq olacağına, gələcəyinin parlayacağına heç kimin şübhəsi yox idi. Bəs bu məziyyətlər ideal müəllim olması üçün kifayət idimi? Ümumiyyətlə nə idi onu ideal müəllim edən? Təbii ki, bilikli, elmli olduğu qədər, insanı insan edən məziyyətlərə sahib olması, humanistliyi və əsl ziyalı olması. Bütün elm adamlarının arzusunda olduğu elm dünyasında sürətlə yüksəlmək şansını bir kənara qoyur və adi kənddə müəllim işləmək qərarına gəlir. Hamını təəccübləndirən bir qərarı Raçinski ona görə asanlıqla qəbul etdi ki, o, millətinin gələcəyinin qayğısına qalırdı, hər bir uşağın, gəncin maariflənməsini lazım bilirdi. Millətinə və ölkəsinə xidmət etmək arzusunda idi. Gənc nəsil millətin gələcəyi olduğu üçün həm sağlam şəxsiyyətlər, həm də ölkəsi üçün savadlı insanlar yetişdirməyi qarşısına məqsəd qoymuşdu. Elə bundan sonra da müəllifin əsas ideya daşıyıcısı Raçinski olur. Q. Petrov oxuculara aşılamaq istədiyi fikirləri, insanların gözünü açaraq onlara göstərmək istədiyi həqiqətləri Raçinskinin dili ilə ifadə edir. Əsər bu günümüz üçün də aktual olan bir məsələni ələ alıb. Rus kəndlərində insanların təhsildən, onları irəli aparacaq, elm verəcək bütün vasitələrdən uzaq yaşaması, savadsız, cahil, laqeyd olması və bu halın həm millətin ayrı-ayrı fərdlərinə həm onların birlikdə təşkil etdikləri cəmiyyətə, həm də ölkəyə ümumi mənfi təsiri göstərilir. Lakin Raçinski xalqın çox hissəsinin tənbəl,cahil olmasında günahı həmin insanlarda yox, təhsil alıb, savadını xalq maariflənməsi yolunda istifadə etməyənlərdə görür. Bu vacib problem isə təəssüf ki, bu
Edebiyat
İdeal MüəllimGrigory Petrov · "Yumruq ədəbi birliyi" · 20177,8bin okunma