Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aytac C.

Aytac C.
@Aytacc12
Aytac C. yorumladı.
312 syf.
3/10 puan verdi
·
21 günde okudu
Oxuduğum ən maraqsız romanlardan biri oldu. Neçə dəfə yarıda buraxmaq istədim, amma yarımçıq saxlamağı sevmədiyim üçün davam elədim. Uşaqların necə vəhşiləşməsi insana təsir edir açığı. Əsərdə ən çox sevdiyim qəhrəman Piqqi idi. Həmçinin , əsərin adıyla mövzusu arasında əlaqəni qura bilmədim.
Milçəklər Tanrısı
Milçəklər TanrısıWilliam Golding · Qanun Nəşriyyatı · 201780,5bin okunma
Aytac C. okurunun profil resmi
Eynən, mən də belə düşünürəm.
Reklam
Aytac C. bir yorumu yanıtladı.
Ailə sevgisinə həsrət qalmış böyük bir topluluğun kiçik bir üzvü kimi, gələcəkdə uşaqlarımın ən yaxın dostu olacağıma indidən söz vermişəm. Nə qədər də acı bir vəziyyətdir, elə deyil mi? Özümün qarşılaşdığı hər sevgisizliyi onlara sevgi ilə ötürməyi niyə özümə borc bilirəm? Normalda da belə olmalı deyil mi? Belə bir reel və ya post görməmiş olmassız: 'Pulsuz kişini yalnız anası sevər (ya da ailəsi)'. Bu teoridə təəssüf ki, həyatımda əlimin tərsi ilə ittirdiyim digər teorilər arasındadır. Pulunuzun olmaması bir problem deyil, amma problem, pulunuz olmadıqda öz fikrinizi, istəyinizi bildirdiyinizdə başlayır. Yoxsa pulsuzsanız, bir kənarda sakitcə ölməyi gözləyin, əmin olun ki, heç bir problem olmayacaq. Təəssüf ki, pis insan olmanın əsası, fikrimcə, 80% ailədən başlayır. Sevgi görməyən hər bir insanın içində bir qatil yatır. Bu cinayətlər arasında fikir-düşüncə, sevgi və ən sonda həqiqətən insan tapıla bilər. Kaş ki, ürəyimi oxuya bilsəydilər, bütün səhifələri deyil, yalnız arxa qapaqdakı qısa mətni oxusaydılar, bəlkə də məni başa düşərdilər :D Aldığımız sevgisizliyi sevgiyə çevirib ötürək millət, mən nə qədər bacara bilirəm, bilmirəm. Bəlkə də heç bacara bilmirəm, amma siz bacarmağa çalışın.
Aytac C. okurunun profil resmi
Eynən, mən də sizinlə razıyam pis insanın əsası ailədə qoyulur əksər hallarda. Sevgisizlik deyil təkcə, bəzən aldadıcı sevgi də pisi yaradır. Ümumiyyətlə psixologiya oxuduğum müddətdə bir şeyin fərqinə varmışam ki, psixoloji problem olsun, hansısa travma olsun mütləq ki, onun xırda belə olsa ailə ilə əlaqəsi var. Ona görə də kaş ailələr uşağı dünyaya gətirib ona "gələcəyə yatırım" kimi baxmaq yerinə biraz da fərd kimi yanaşsalar. Amma bizim böyüklərdən soruşsan (hər kəsə aid etmirəm, əksəriyyəti) sözsüz ki, ən düzünü onlar bilir.
1 önceki yanıtı göster
Aytac C. okurunun profil resmi
İnanın mənə ölkəmizdəki psixiatr, psixoloq, psixoterapevtəm deyən heç kəsə mən də inanmıram. Çox təəssüf ki, psixologiya sahəsində çox geridə qalmışıq. Amma bu o demək deyil ki, psixologiya inanılmayacaq bir şeydir.
1 sonraki yanıtı göster