Badisəba

Badisəba

, bir kitap okudu
7/10
·264 syf.·
2025 14. kitabı
Paulo Coelho
6.9/10 · 9,4bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
İndi bildim, tək qovaqlar nə çəkir, Yarpaqları danışlr öz-özünə. İndi bildim, tək budaqlar nə çəkir, Dodaq dəymir,göz dikilmir gözünə. Bahar gəlib,quzeylərdə hələ qar, Qara baxdım, baxışlarım soyudu. Tənha çiçək boz daşa da sığınar, Küləklər də yorar tənha buludu. Bircəciyim, tənha qoydun məni sən, Səndən ayeı əriyərəm,itərəm. Yoncalıqda yel ağzında titrəyən Qəribsəmiş tək sümbüldən betərəm.
Sayfa 96·Kitabı okudu
Özüm də bilmirəm,çatışmır nəyim, Nədənsə təkliyə qaçır ürəyim beş-altı günlük. Əvvəlki tövr ilə qaynasın şəhər, Yenə də öz dəcəl uşaqlarıyla oynasın şəhər. Mənimsə könlümdə başqa bir aləm, Bir özüm olaram, bir də düşüncəm beş-altı günlük. Uzaq düşəcəyəm dərdi-sərimdən, İncə bir yalanla çıxıb aradan Qaçmaq istəyirəm əzizlərimdən beş-altı günlük. Biri var- könlümü yaman sındırıb, Özü yanan deyil, məni yandırıb; Onu da vecimə almayacağam beş-altı günlük. O qədər səbirli olacağam ki, Soyuq baxışlara, nadan sözünə O qədər biganə qalacağam ki, beş-altı günlük. Duman olacağam dağlar başında,
Sayfa 94 - Beş-altı günlük·Kitabı okudu
Qəm eləmə, könlümün bir dənəsi
Sayfa 91 - Bu dünyanın qara daşı göyərməz·Kitabı okudu
Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə bir-birimizi, Xatirəm yadında qalmayacaqsa, Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa, Sən Allah,özünə öyrətmə məni, Hicran qorxusuyla göynətmə məni. Əlimi saçına öyrətmə belə, Gözümü gözünə öyrətmə belə; Üzümü üzünə öyrətmə belə. Mən bir az baharlı budaq kimiyəm, Bir az da sadəlövh uşaq kimiyəm. Bala anasına qovuşan kimi, Leylək yuvasına qovuşan kimi, Arı gül-çiçəyə uyuşan kimi, Eh,mən də adama tez yovuşanam, Sevgi atəşində tez alışanam, Amma ki sönməyim çox çətin olur- Sevgidən dönməyim çox çətin olur. Öyrətmə özünə, öyrətmə məni. Bəlkə,gözləmirdik bu xoş görüşü, Yaman qəribədir dünyanın işi... Heç vaxt yollarında dayanmadığın, Heç həndəvərində dolanmadığın Gəlib birdən sənə nə şirin olur! Ömrünün içində ömür doğulur,
Sayfa 85 - Öyrətmə məni...·Kitabı okudu