Badisəba

Bir gözün mən əydim, bir gözünü sən, Niyə narazıyıq bu tərəzidən?.. Sən çeşmə qurudan,mən ağac kəsən, Bir günah sənindir,bir günah mənim. Bu südə su qatıb hərə bir qaşıq, Arını şəkırı dadandırmışıq. Bazarın yağı şor,balı qarışıq, O mətah sənindir,bu mətah mənim. Söz sözə gələndə sən nəfsi qıran, Mən dünya malına göz yumub duran. Amma ayrılıqda daşı da yaran Bir tamah sənindir, bir tamah mənim. Görürük,bu silah vurmur hədəfə, Vurmur,ha atırıq mininci dəfə. Əlimiz dolaşıb,düşüb kələfə, Bu əl gah sənindir, bu əl gah mənim. Qoyma yalanımız qalxsın ayağa, Hay deyirik,hava gəlmirik, qağa. Sözü güləşdirib əhdi danmağa Bir vallah sənindir,bir vallah mənim. Yamanca ustayıq hər ehtiyatda, Dostluq şirnisi də dilimiz altda. Amma yaman günə dilimiz altda Bir silah sənindir,bir silah mənim.
Sayfa 78 - Bir günah sənindir, bir günah mənim·Kitabı okudu
Reklam
İlahi,sən məni qaytar yoluma, De ki, rəhm edirəm çaşan quluma.
Sayfa 66 - Etiraf·Kitabı okudu
Şükür Allahım,şükür, Sən verdiyin sevdalara...
Sayfa 65 - Daş divara yazı·Kitabı okudu
Bu kövrək sevdaya uyası olsam, Səni könlüm dolu duyası olsam, Yolunda bir ömür qoyası olsam, Buna ömrüm yetər,ilim çatarmı?
Sayfa 62 - Sənin dəftərin üçün,3·Kitabı okudu
Sənə dərdimi göz deyib, Baxışım sənə "döz" deyib; Dilim çoxuna söz deyib Könlüm birisinə bağlıdır.
Sayfa 61 - Sənin dəftərin üçün,1·Kitabı okudu
Reklam