Badisəba

Adi söz deyil ki, gətirim dilə, Hər kəlmə sinəmdən qopulsun gərək. Dirilik suyudur o sözüm hələ Sənin üçün aranıb tapılsın gərək.
Sayfa 45 - Mən də eləyəm·Kitabı okudu
Reklam
Əsrimiz müqəddəs, Qayğımız böyük, Biri yanan olub, Biri yanmayıb; Ayın görünməyən Üzünü gördük, Ürək var Hələ də kəşf olunmayıb.
Sayfa 42·Kitabı okudu
Çarasiz dönərəm,dönük olmaram, İstəkdə könlümün döngəsi yoxdur. Bir dərya məhəbbət dolu ürəyim Axtarsan,bir damcı hikkəsi yoxdur.
Sayfa 24 - Yoxdur·Kitabı okudu
Yüzlərin içində tənhadı könlüm, Onun səndən başqa bir kəsi yoxdur. Özgələr doğmalıq atır ortaya, Mənçün səndən özgə özgəsi yoxdur.
Sayfa 24 - Yoxdur·Kitabı okudu
O kimdir ruhuma yaxından yaxın, Olmazmı cismimə bir yaxın çağın. Mənim könlüm yansın, sənin çırağın Etdiyim bu ahu-zar tərəfindən.
Sayfa 22 - Mən könlü gileyli·Kitabı okudu
Reklam