Sənə bir vəsiyyət edəcəyəm: heç bir zaman "gedin,qorxmayın dalınızca gəlirik"- deyənlərə inanma,elələri bir çətinlik hiss etdiyi zaman ya qayıdıb qaçar, yainki düşmana satılaraq səni arxadan vurar.
İki döyüşən qüvvət növbətlə qələbə əldə edə bilər. Lakin mübarizənin sonunda hər kəs qazandığı qələbəni əlində möhkəm saxlamağı bacarsa, həqiqi qalib odur.