Badisəba

Bu əhvalat lap çoxdan olmuşdur. Bir kənddə ürəyi düz, namuslu bir qoca vardı.Bir dəfə o, yuxuda görür ki, xoşbəxtlik onun üçün göydən düşdü.Qoca bərk sevindi. O biri gün o, tarlada işləyəndə birdən onun dırmığı nəyəsə ilişdi. Tez yeri qazıb üstündə əjdaha və tovuz quşu şəkilləri olan çini bir küp tapdı. Küpün dibində balaca bir qızıl pul var idi. Qoca çox təəccübləndi: - Dünənki yuxuya görə xoşbəxtlik mənə göydən düşməli idi, ancaq küpü yerdən qazıb tapdım. Demək bu göy xoşbəxtliyi deyil, yer xoşbəxtliyidir. Görünür ki,bu xəzinə mənim üçün deyilmiş və təsadüfən bu mənim qabağıma çıxıb. O, pulu öz yerinə qoyub evinə getdi. Qocanın qonşuluğunda tamahkar bir varlı vardı. O, kəndlinin qabağına çıxan qızıl pul haqqında eşidib öz-özünə düşündü: "Axmaq qocadır da! Qazıb xəzinə tapasan,onu da götürməyəsən! İndi ki, belədir elə mən özüm gedib qızılı götürərəm." O, tələsik çölə getdi. Gəlib gördü ki, doğurdan da xəzinə var. O,əl atıb qızılı götürdü. Qocanın dediyinə görə küpdə bircə dənə qızıl pul olmalı idi, ancaq dövlətli heç cür küpü yerindən tərpədə bilmirdi. - Heç nə daha eləmək olmaz. Küpün içindəkini götürməkdən başqa çarə yoxdur. O küpün içinə baxıb gördü ki, orada ilanlar, qurbağalar,soxulcanlar var. Tamahkar dövlətli qışqıra-qışqıra qaçdı: - Ay-ay! Bu qoca olmayan şeylər danışıb namuslu adamları aldadır! Əclaf,yoluq dilənçi! İndi gör ondan bunun heyfini necə alacağam! O qayıdıb gəldi,ağır küpü qaldırıb- haradan da ona qüvvə belə gəldi!- yoxsulun daxmasına gətirdi. Gəlib çatan kimi ağır küpü pəncərədən içəri tulladı. Ürəyi düz qoca isə bu vaxt heç nədən xəbəri yox, yatmışdı. Birdən nəsə bir şey onun başı üstündə cingildədi. O, gözlərini açıb gördü ki,küp cingilti ilə onun başı üstündən keçib yerə düşdü. -Aha, elə bu doğurdan da göylərdən gələn hədiyyədir.-
Sayfa 78 - Asiya xalqlarının nağılları. Koreya nağılları." Xoşbəxtlik"·Kitabı okudu
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Düşünmək - ucadan susmaqdı, bəzən ucsuz-bucaqsız darıxmaqdı indiki zaman. İndi mən, hamının unudulduğu yerlərdən susuram. Susuram ki, daha yaxşı eşidəsən kimi itirdiyini...
Sayfa 70 - Riyazi sevgilər·Kitabı okudu
Səadət-həm də qucaqlaya bilməkdi ən uzağındakı adamı...
Sayfa 67 - Qucaqlayıb yatınız içinizdəki uşağı·Kitabı okudu
Bir qadın olmalıdır əlbət; quşlara uçmağı, balıqlara üzməyi, buludlara yağmağı öyrədən bir qadın. Olmalıdı əlbət, səadətə çatmaq üçün adamlara yüzə qədər saymağı öyrədən bir qadın. Çox üşüdüm keçən qışlarda. Quşlar da üşüdü, yağışlar da, amma mən daha çox üşüdüm, daha uzun qışım oldu, bəlkə də. Ya bəlkə də, mən daha yaxşı bilirdim qışın nə olduğunu, ol səbəbdən çox üşüdüm. Amma bir qadın olmalıydı əlbət, mənimlə eyni qışl üşüyəcək... Çoxdan unutmuşdum velosiped sürməyi, uşaqlığımda qalmışdı bu həvəs. Pişikləri havlayıb qorxudardıq, ya bəlkə də, köpəklərə öyrədərdik hürməyi. Bilmirəm. Bəkkə,köpəklər də adamlardan öyrənmiş bu tövr gəvəzəlikləri. Nə fərq edər ki? Mənə velosiped sürməyi xatırladacaq bir qadın olmalıydı... Böyləcə keçməli deyil ki ömür, Deyil,əlbət.
Sayfa 60 - Bir qadın olmalıdır əlbət·Kitabı okudu
Torpaq insanı udanda qəbir olur, İnsan torpağı udanda-Şəhid. İnsan bütün yerlərini qəbrə uduzur, Vətən bütün yerlərini Şəhidə. Bir də bu dünyada hərə öz əcəliylə ölür, Şəhid hamının əcəliylə...
Sayfa 55 - Torpaq insanı udanda qəbir olur·Kitabı okudu