Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Banovsha Poladova

Banovsha Poladova
@Banovshaii
26 Ocak 2003
7 okur puanı
Mayıs 2022 tarihinde katıldı
Çünki istəklər nə vaxtsa düşüncə ilə birləşəndə, belə çıxır, biz ancaq düşünəcəyik, heç bir şey arzulamayacağıq, çünki sağlam düşüncəni qoruyaraq, mənasız bir şey istəyib, bilə-bilə ağlın əleyhinə gedib, özünə ziyan vuracaq bir şey arzulamaq olmaz axı...
Sayfa 38
Reklam
İnsana ancaq bir şey lazımdır – sərbəst istəkləri. Bu azadlıq nəyin bahasına başa gəlir-gəlsin, nəyə səbəb olur-olsun...
Sayfa 36
Amma insan övladı sistemə və mücərrəd nəticələrə kifayət qədər meylli olduğundan həqiqəti bilərəkdən təhrif etməyə, öz məntiqinə haqq qazandırmaq üçün göz görməyən, qulaq eşitməyən şeylər etməyə belə qadirdir.
Sayfa 32

Okur Takip Önerileri

Tümünü Gör
Acığım, yenə də deyirəm, bu lənətə gəlmiş dərketmə qanunları nəticəsində kimyəvi parçalanmaya məruz qalır. Baxırsan, maddə yox olur, məna buxarlanır, günahkar tapılmır, inciklik inciklik olmaqdan çıxıb bir növ heç kimin günahkar olmadığı diş ağrısı kimi qismətə çevrilir və deməli, yenə də çıxış yolu kimi eyni şey – yəni divara mümkün qədər bərk vurmaq qalır.
Sayfa 25
Nə olduğu,kim olduğu bəlli deyil,amma bütün bu qeyri-müəyyənliyə baxmayaraq siz yenə də ağrıyırsınız və qeyri-müəyyənlik artıqca bu ağrı da artır.
Sayfa 19
Reklam
Cənablar, sizə and içirəm,həddindən artıq dərk etmək xəstəlikdir,həqiqi və dolğun xəstəlikdir.
Sayfa 10
Demək istəyirəm ki, hər adamın öz ulduzu var. Ulduzlar bir-birinə bənzəmir. Onlar ayrı-ayrı funksiyalar yerinə yetirir. Bəzilərinə, məsələn, səyyahlara ulduzlar bələdçilik edir. Digərləri üçün onlar balaca işıqlardan başqa bir şey deyil. Bəziləri üçün isə, məsələn, alimlər üçün, onlar problemdir. Mənim biznesmenim üçün onlar qızıldır. Lakin bütün adamlar üçünsə ulduzlar laldır, susurlar. Dinib danışmırlar. Sənin isə heç kimin ulduzuna bənzəməyən ulduzların olacaq..
Sayfa 85
Gözlər kordur.Ürəklə, qəlblə axtarmaq lazımdır.
Sayfa 79
Səhranı daha gözəl eləyən onun hardasa gizlətdiyi bulağın varlığıdır..
Sayfa 76
Təkcə uşaqlar nə etdiklərini bilirlər. Onlar parçadan düzəldilmiş bir gəlinciyə ürəklərini bütövlükdə verirlər.
Sayfa 73
Reklam
Adamlar heç vaxt olduğu yerdən razı qalmır.
Sayfa 72
Sənin qızılgülün sənin üçün ona görə qiymətli və əzizdir ki, sən bütün həyatını ona sərf etmisən, qiymətli vaxtını ona həsr etmisən.
Sayfa 71
Yanlız ürəklə yaxşı görmək olur.Ən əsas şeyləri gözlə görmək olmur.
Sayfa 71
Yanlız məftun olduğun və məftun elədiyin şeyi yaxşı öyrənmək olar.İnsanların isə yaxşı öyrənməsi üçün qətiyyən vaxtları yoxdur.
Sayfa 68
67 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.