Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Karamazov Qardaşları
Dostoyevskinin kitabları nə qədər ağır olsa da, çətin anlaşılsa da, oxumaq bir o qədər zövq verir. “Cinayət və Cəza” favorim idisə, bundan sonra “Karamazov qardaşları” o yeri tutur🌝 Bu əsər onun son və zirvədə olan romanıdır. Tərcümə ilə bağlı deyim ki, qanun nəşriyyatı tərcüməni yaxşı edib😊 O məhşur cümlə; Hamımız Karamazovuq, kimi bunu daha çox biruzə verir, kimisi daha az. Hamımız həyatda başımıza gələnləri sorğulayırıq, qəlbimizdəki inamı, qorxunu, sükunətimizi tanrıda axtarırıq. Dostoyevski elə bir roman yazıb ki, bu romanda güclü obrazlar, dərin dialoqlar və monoloqlar var. Elə Dostoyevski özü də hər obraza bir az yansıyıb. Bundan başqa romanda bir çox arqumentlər və aktuallığını itirməyən mövzular var, məsələn insan taleyi ilə bağlı məqamlar, kilsə və din, onun cəmiyyət və dövlət üçün əhəmiyyəti, o dövr Rusiyasının cəmiyyətdəki rolu, psixoloji və fəlsəfi düşüncələr və bu kimi bir çox arqumentlər.. #Karamazovqardaşları nın hekayəsi hamımız üçün bəlkə də həyat dərsidir. Dmitri Fyodr Pavloviç Karamazovun birinci yoldaşından olan oğlu, Alyoşa və İvan isə ikinci yoldaşından olan oğlanlarıdır. Və Smerdyakov Karamazovun kəbinsiz dünyaya gəlmiş oğlu. Təfərrüata çox varmayacam. Atalarının qətlində günahkar kimdir? Maraqlısı budur ki, ataları öz kefinə düşkün, mənəvi cəhətdən çürük, pislikləri ilə övladlarını utandıran, əclaf bir obrazdır. Onun ölümünü isə ən çox övladları arzulayır. Və budur qətl. Bu qətlin üstünün açılmasında hər bir obrazın daxili dünyası ilə, nöqsanları ilə tanış oluruq. Dmitrinin hisslərini cilovlaya bilməməsi, qısqanclığı, bəzən nəcibliyi, bəzən də ağılsızlığı, pula bağlılığı, şiddətə meyilliliyi, onu ehtiyyatsız davranışlara gətirib çıxarır. İvan Karamazov öz savadı, ağlı, fəlsəfəsi ilə, tanrını, dini sorğulaması ilə, hər şeyə şübhəylə
Bilirsiniz amok nə olan şeydir? - Amok? Deyəsən eşitmişəm...Malaylarda tiryək növüdür... -Tiryəkdən də betərdir. Adamı dəli eləyir, vəhşiyə döndərir, heç bir alkoqol bununla müqayisəyə gəlməz... Salam, hər vaxtınız xeyir olsun. Uzun-uzuuuun aradan sonra paylaşım edə bildim😊 Əslində oxuduğum kitablar çoxdur. Amma təhlillərini yazmağa, şəkillər çəkməyə son vaxtlar həvəs qalmayıb əvvəlki kimi🙁 nəysə keçək kitabımıza. “Amok” kiçik hekayə dadında bir kitab idi. Yenə də Zweig insan hisslərinə, düşüncələrə, insani duyğulara toxunaraq belə gözəl yazılmış kitab yazıb yaradıb və oxuculara ötürüb. Qısaca desək, yad ölkəyə təyinatla getmiş bir həkimin başına gələnləri oxuyuruq. Bir gün bir qadın ondan həyatı ilə bağlı vacib məsələdə kömək istəyir. Amma qadının məğrurluğu, dik başlılığına görə köməkdən imtina ediən həkim sonradan peşman olur. Və bundan sonra olanlar olur. O hissələri sadəcə heyrətlə oxudum. Həkimin o anlıq səhvindən sonra yaşadığı qorxu, təlaş, sonradan gələn peşmanlıq hissi, özü ilə apardığı mübarizə, düşdüyü boşluğun çarəsizliyini oxuyanda başa düşürsən ki, Zweig insani duyğuların dərinliyi hiss edərək yazır əsərlərini. Demirəm möhtəşəm idi, amma insanın öz özünü sorğulamağa sövq edən əsərdir. Oxuyun, oxutdurun. Kitabsız qalmayın🌸🩷
1000k