Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
9/10
·704 syf.··
2025 3. kitabı
·
4 günde okudu
·
Okunma: 28 Mart 2025 19:08
Oblomovun məzmunu haqqında demək olar, hamımız az-çox bilirik. Elə tənbəlliyi ilə məhşurluğu bəs edir. Ancaq, necə deyərlər, bunun o biri tərəfləri də var. Yəni nə oxudum, nə anladım, kim idi bu Oblomov? Niyə bu insan tənbəl, ərincək bir insana çevrildi? O qədər suallara cavab tapmaq üçün girişdim oxumağa. Amma bu oxumağım elə Oblomovçuluğa uyğun oldu. Çox uzun vaxta. Halbuki, əsər çox sadə, anlaşıqlı, digər klassikalar kimi yormayan, uzun təsvirlərdən ibarət olmayan bir klassika idi. Nəysə çox uzadıb boş-boş fikirlərlə yormayım sizi Deməli, bu insanın ruh halı oxuduqca, mənə belə pis təsir edirdi)) Amma hər dəfə Ştolsu görəndə deyirdim, yox, özünə gəl, sən Oblomov deyilsən)). Bir tərəfdən ona üzülürdüm, insanın ruh halı bu qədər düşkün ola bilməz deyirdim. Ştoltsla aralarlnda dağlar qədər fərq olmasına baxmayaraq, bu iki zidd xarakterin bir-biri ilə dostluğuna da rəğbət bəslədim. Ştoltsun ona olan sevgisi, möhkəm dostluq bağları, göstərdiyi dirənişlər belə Oblomovu dirçəldə bilmədisə, daha gerisini siz düşünün Digər tərəfdən isə Oblomova yazığım gəlsə də, əslində onun belə olmasının ilk səbəbkarları ailəsi idi. Oynamasın, yıxılmasın, dərsə getməsin, ağlamasın, birdən başına nəsə gələr və s. bu kimi yorucu tərbiyə elə Oblomovun ruh düşkünlüyünə, xarakterinin zəifliyinə gətirib çıxardı. Eh Oblomov, nə qədər tənbəl olsan da, doğru düşüncələrin, insanı özünü sorğulamağa vadar edən fikirlərin var idi. Keçirdiyin təəssüf hisslərin, sevginə göstərdiyin hörmət, dostluğuna olan sədaqətin məndə sənə qarşı rəğbət hissi oyatdı. Arada çaba göstərdin zamanla ayaqlaşmağa, həyatını düzənə qoymağa. Amma yenə də sinifdə qaldın)) Sonun məni çox üzdü(( Amma səni oxumaq, tanımaq, yol-yoldaşı olmaq çox xoş oldu. Təkcə Oblomovdan danışıb, Zaxarı unutmaq ayıb olardı. Nə qədər zəhər
1000Kitap
Oblomovİvan Gonçarov · Qanun Nəşriyyatı · 201450bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Qustav Flober - Hisslərin tərbiyəsi
Puan vermedi·604 syf.··
2024 17. kitabı
·
17 günde okudu
·
Okunma: 25 Temmuz 2024 20:08
Məşhur Modam Bovaridən sonra bu əsəri oxumaq onun kimi zövq vermədi, sözün düzü. Əsərin qəliz tərəfləri, qarışıqlığı və mənasız uzadılması, xırdaçılığı xoşuma gəlmədi. Əsas məğzə gəlmək üçün o qədər yersiz təsvirlər, dialoqlar var idi ki. Nədənsə, klassik əsərlərin əksəriyyətində qadın obrazlarını yüngül əxlaqlı göstərmələri, evli qadınların digər kişilərlə münasibətin qabardılması xoş nüans deyil. Bu əsərdə də sevmədiyim məqamlardan biri də məhz qadınların əxlaq cəhətdən zəif, qurursuz göstərilməsi idi. Əsərin əsas “qəhrəmanı” Fredrik Parisə təhsil almağa gedir və özündən yaşca böyük Madam Arnuya aşiq olur. Madam isə evlidir. Amma eşq nə eşq, deyirəm e sizə )) Adamın qəlbi sanki market idi Madam Arnunu sevsə də digər qadınların da ürəyini xoş tutmağı özünə borc bilirdi)). Ümumiyyətlə Fredrik nə istədiyini bilməyən, xəyal dünyasında yaşayan biri idi. Hissləri, fikirləri o qədər qarışıq idi ki, hərdən onun yerinə mən yorulurdum. Çox maraqlıdır ki, digər qadınların bir-birindən xəbəri olsa da, bu vəziyyəti qəbul edirdilər. Sözün açığı “Hisslərin tərbiyəsi” mənim üçün yorucu əsər oldu, sadəcə olaraq sonu marağımda olduğu üçün bitirdim. Əsərdə Bir insanın öz hisslərinə hakim ola bilməməsi, öz yolunu tapa bilməməsi, qadınpərəstliyi, şəhvətinin hərisliyi kimi mövzular yer alıb. Verilən mesajdan anlamış oldum ki, insan gərək kim olduğunu, nə istədiyini, hansı yolu tutduğunu bilsin. Yoxsa öz hisslərini tərbiyə etməsən ömür boyu Fredrik kimi yarımçıq, dağınıq qalacaqsan. Əsər təkcə sevgi münasibətləri üzərində qurulmayıb, həmçinin siyasi məsələlərdən, dostluq münasibətlərindən, ailə-məişət problemlərindən də söz açılıb. Oxuyun oxutdurun kitablarla qalın
1000 Kitap
Hisslərin TərbiyəsiGustave Flaubert · Bakı,Teas Press Nəşriyyat evi · 2022500 okunma
8/10
·560 syf.··
Beğendi
·
2024 16. kitabı
·
27 günde okudu
·
Okunma: 24 Temmuz 2024 14:14
Allen Kardek spritualizmin təməlini qoyan şəxsiyyətlərdən biridir. Nədir Spritualizm? Spritualizm ruhların varlığına inanan fəlsəfi doktrinadır. Cənnət və Cəhənnəm kitabını da elə bu mövzu ətrafında yazıb. Kitab 1865-ci ildə nəşr edilib. Kardec Spritualizmlə bağlı 5 kitab yazıb, onun 2-si bizim dilə tərcümə edilib. Digər kitab isə “Ruhlarla söhbət” kitabıdır. O kitabı da çox oxumaq istəyərəm. Teaspress tərcüməni çox keyfiyyətli edib. “Cənnət və Cəhənnəm”də insan öləndən sonra onu nələr gözləyir, hansı cəzalara məhkum edilə bilər və ya ruh necə bağışlana bilər kimi mövzular ətrafında danışılır. Bütün bunlar mediumlar vasitəsilə ruhları çağıraraq, onlarla sual-cavab əsasında həyata keçirilən təcrübələrdən toplanan bilgilərdir. Ümumiyyətlə bu doktrinaya görə, dinlərin bizə aşıladığı cənnət və cəhənnəm onların dediyi kimi deyil. Çünki sprituallar deyir ki, insan dünyasını dəyişəndən sonra heç vaxt əbədi alov içində yana bilməz, yaxud da cənnət onların dediyi kimi əbədi gözəlliklərlə insana bəxş edilmir. Spritualların təliminə görə, Yalnız ruhlar dünyası var, cənnət də, cəhənnəm də oradadır. Bu dünyada etdiyimiz günahlar və savablar ruhlar dünyasında haqq-hesab edilir. Günahkarlara verilən cəza isə əbədi deyil. Ən maraqlısı da bu cəzaların azalması onlara edilən dualara bağlıdır. Kitabda Duanın insana nə qədər önəmli olduğu tez-tez vurğulanır. İnsanlar kimi ruhlar da xeyirə, şərə, yaxşılığa, axmaqlığa və s. kimi insani xüsusiyyətlərə malikdir. Spritizm cənnət və cəhənnəmi qəbul etməsə də, heç bir dini inkar da etmir. Sadəcə olaraq onların inancları fərqlidir. Kardek deyir ki: ölüm yalnız bədəni məhv edir, ruh yaşayır. Ölüm sadəcə bədənin fəaliyyətini dayandırır. Yəni bizim bədənimiz əynimizə geyindiyimiz bir paltardır və zamanı gəldikdə köhnəlir, yararsızlaşır. Bu
Cənnət və CəhənnəmAllan Kardec · Teas Press Nəşriyyatı · 04 okunma
Sabırsız Yürek
10/10
·460 syf.··
2024 14. kitabı
·
14 günde okudu
·
Okunma: 30 Haziran 2024 23:03
Stefan Zweig Öz üslubu, süjet xətti ilə seçilən və insan hisslərinə, psixologiyasına bələd olan yazarlardandır. İlk dəfədir belə həcmli əsərini oxuyuram. “Sabırsız Yürek” əsəri, mərhəmət hissinin aşırıya qaçması, həddini aşması insan həyatına hansı təhlükələrə yol açacağını göstərən bir əsərdir. İnsan bəzən qəlbinin təmizliyindən, göstərdiyi mərhəmətindən, çox yaxşılıq etməyindən əziyyət çəkir. Çünki yaxşılığın əvəzi heç də həmişə sənə yaxşılıqla qayıtmır. Bəzən peşimançılıq da gətirir. Yazdığı bütün əsərlərində insan düşüncələrini alt-üst edən, özünü sorğuladan, hər bir duyğunu sənə ötürən yazıçı bu dəfə də eyni hissləri yaşatdı. Əsərdə Leytenant Hofmillerin Kekesfalva ailəsi ilə tanışlığından sonra, onun başına gələcəkləri oxuyuruq. Kekesfalva imkanlı bir şəxsdir və onun Edit adında qızı təəssüf ki, fiziki qüsurlu bir xanımdır. Bu iki gəncin tanışlığı onlar arasında uçurum yaradır. Editin fiziki qüsurlu olmağı Hofmillerdə mərhəmət, bir acıma duyğusu yaradır, ona necə deyərlər “yazığı gəlir”. Və çalışır ki, bu ailəyə mənəvi dəstək olsun, əlindən gələni edir. Ancaq təəssüf ki, onun bu yaxşılıqları qarşı tərəfin yalnış anlamasına gətirir çıxarır. Hər şey də elə bu anlaşmazlıqdan başlayır. Editin Hofmillerə qarşı sevgi hissləri yaranır. Və bu yaranan vəziyyət hər iki tərəfi inanılmaz bir çarəsizliyə, mümkünsüzlüyə gətirib çıxardır. Zweig Editin ona qarşı yaranan sevgisini, xəstəliyinə qarşı olan əsəbi hallarını, qərarsızlığını, qarışıq duyğularını, hər iki tərəfin də keçirdiyi stressi, hissləri o qədər gözəl yazıb yaradıb ki, oxuduqca düşünürsən ki, “mən belə vəziyyətlə qarşılaşsam necə olardı?” “O hissləri mən yaşasaydım hansı reaksiyanı verərdim?” “Sabırsız Yürek” insan vicdanını sorğuladan bir əsəsrdir. Hər şey öz qədərində yetərlidir, istər sevgi, istər
1000 Kitap
Sabırsız YürekStefan Zweig · Can Yayınları · 20167,5bin okunma
Bütün insanlar umutlarında kandırılıyor, beklentilerinde aldatılıyorlar.
8/10
·176 syf.··
2024 10. kitabı
·
7 günde okudu
·
Okunma: 05 Nisan 2024 20:16
Təəssüflənirəm ki, bu kitabı daha öncə oxumamışam. Hər cümləsi, hər sətiri həyatın özü, bizim özümüz idik. Altını xətlədiyim o qədər alıntı var ki... Deyilənə görə "Genç Werther'in Acıları"Goethenin ilk əsəridir və onu 25 yaşında qələmə alıb. Romanda bir gəncin qarşılıqsız sevgisindən bəhs olunur. Werther bütün ağrı-acılarını dostu Wılhelmə məktublar vasitəsilə çatdırır. Bir gün o, şəhər həyatından uzaqlaşaraq tamam yad bir kəndə gəlir. Orda onu heç kim tanımır. Zamanla yeni insanlarla tanış olur və bir gün bir getdiyi kənddə Lotteni görür və ona aşiq olur. Lotte isə başqasına nişanlı olduğu üçün Werther sevgisinə qarşılıq ala bilmir. Düşdüyü bu vəziyyətdən Werther çox acı çəksə də, bütün iztirablarını öz qəlb dünyasına həbs edir və bu barədə Wılhelmə məktublarında yazır. Hər şey Wertherə o qədər mənasız gəlməyə başlayır ki, artıq heç nədə məna görə bilmir. Təbii ki, bu melanxoliklik onu uçurumun kənarına gətirir. Lotteylə qarşılaşmamışdan öncəki Wertherlə, Lotteyə aşiq olan Werther arasında o qədər fərq yaranır ki, hətta düşüncələrini belə oxuduqda həyatda hər şeydən ümidini üzən bir Wertherlə qarşılaşacaqsınız. . Oxuduqca siz də Wertherin daxili dünyasında baş verən o fırtınalı düşüncələrə dalacaqsız. Məncə, bu kitabı oxuyanlar özlərinə bu sualı veriblər; "Bəs mən Werther'in yerində olsam necə olardı?" Yaşamayan bilməz :)
1000 Kitap
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Alfa Yayınları · 2021150,3bin okunma