Arzu Hüseynova

Arzu Hüseynova
@Booklover_a_
instagram.com/booklover_a_?ig... "Kitabsız bir ömrün nə mənası var?"(S.Vurğun)
Puan vermedi·155 syf.··
Beğendi
·
2022 5. kitabı
Kitabımızın baş obrazı Bəhnan və Anisadır.Bəhnan sakit təbiətli biri olsa da,Anisa onun əksinə coşğun bir xarakterə malikdir.Necə deyərlər əks qütblər bir-birini cəzb edir. 356...Bu rəqəmlər heç də təsadüfi seçilməyib.Hadisələr saat 3:56-dan etibarən qatarda başlayır. Bəhnan 4 ildir görmədiyi qızı ilə görüşmək üçün qatarla səyahət edir və burada Anisa ilə tanış olur.Onun danışığı,gözəlliyi onu heyran edir,ilk görüşdə aşiq olur.Bu 25 saatlıq səyahət onların bir-birilərini tanımasına vəsilə olur.Səyahətin bitməsinə bir neçə saat qalmış Anisa yoxa çıxır.Qatarda bu ad da sərnişin olmadığı deyilir.Bəhnana qalan isə ətrafındakı saysız-hesabsız insan,zaman qatarı və Anisadan qalan məktub... Numeroloqların dediyinə inansaq, ədədlər yalnız rəqəm və işarələrin ifadə etdiyi kəmiyyət göstəricisi deyil, onlarda başqa bir qüvvə də var. 3 - dəyişkənlik deməkdir, keçmişin, indinin və gələcəyin rəmzi olan üçbucaqla işarə edilir. 5 - risk və təhlükə deməkdir. Onda sabitliyin olmaması bir tərəfdən inamsızlığa gətirib çıxara bilər, digər tərəfdən bu, ən xoşbəxt, ən gözlənilməz rəqəm sayılır. 6 - inam rəmzidir. O, göy qurşağının yeddi rəngini ifadə edərək təbiətlə harmoniyadadır. Düşünürəm ki,bir kitabda başlıca olacaq özəllik oxucunun qəlbinə yol tapmaqdır. Müasir ədəbiyyatımızda belə maraqlı əsərlər ərsəyə gətirən yazarların olduğunu görmək sevindiricidir. Son olaraq fikirlərimi kitabdan bir alıntı ilə sonlandırmaq istəyirəm: "Həyatda insanın sevdiklərindən başqa kimi var axı? Heç kimi yoxdur. Ona görə də zaman ayırmalıyıq. Bu zaman qatarında onlarla vaxt keçirməliyik. Söhbət etməli və ya dinləməliyik. Sonra çox gec olacaq və peşmanlıq da acıdan başqa bir şey verməyəcək..."
Psikoloji
356 Nömrəli Zaman QatarıRövşən Şərif · Mücrü Nəşriyyatı · 202220 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Həyatda gözlədiyin xoşbəxtlik gözləmədiyin anda gəlir...
Sayfa 76·Kitabı okudu
Ağ-qara dünyamıza qonaqlar gəlir.Ağına görə gələn də var,qarasına görə gedən də...
Sayfa 71·Kitabı okudu
Bəzən baxmaq kifayət etməz.Mütləq ki,görmək lazımdır...
Sayfa 57·Kitabı okudu

Arzu Hüseynova

, bir kitap okudu
Puan vermedi·155 syf.··
Beğendi
·
2022 5. kitabı
Rövşən Şərif
8.6/10 · 20 okunma