Mən o kişini sevmişdim ki, o mənim üçün yeni bir dünya açmışdı, ancaq məni çox sevmədiyindən o dünyanın içində çox qala bilmədi. Ona görə də mən kimisə sevməyə qorxuram ki... o da... O da nə?
-Luiza Klark, səndən ötrü darıxmışdım.
Mən də ona nəsə demək istədim. Ona demək istədim ki, özümü necə hiss etdiyimi bilmirəm. Demək istədim ki, mən də onu istəyirəm, ancaq onu istəməyə qorxuram. İstəmirəm ki, xoşbəxtliyim başqa adamdan asılı olsun, kontrol edə bilmədiyim girov və var-dövlət olmaq istəmirəm.
Bir-birimizə baxdıq. Niyə onun kobud olduğunu bu vaxtacan hiss etməmişdim? Nə pis! Heç bilmirəm necə kor olmuşam ki, indi hər saniyə uzaqlaşmaq istədiyim adamla yaxınlıq etmişəm