"Ne hale gelmiş bu nesil? Her şey önemli ama ölüm önemli değil!" Ve, kendi kendine soruyordu: "Eğer ölümün onlar için hiçbir önemi yoksa, yaşamanın da yoktur. Öyleyse niçin ve nasıl yaşıyor bu insanlar?"
Keçmiş xatirələrlə, gələcəksə təxminlərlə yaddaşımdadır. Hamısı əzab dolu. Hamısında puç olan xəyallar var. Hər saniyə içimdə hiss etdiyim keçmişin, indiki zaman və gələcəklə dolu yaddaşımda donub qaldığını görürəm. Nəfəs alıb-verən bir heykələ çevrildiyimi görürəm. Bütün heykəllər kimi mən də sadəcə zaman içində hərəkət edirəm. Yəni yaşlanıram. Əlimdən başqa iş gəlmir. Təbii, hər anın içində üç zamanı da yaşayaraq yaşlanıram və bu məni dəli eləyir. Eyni anda geriyə, irəliyə və əyləcə basılmış avtomatik sürət dəyişənli bir maşının motoru nə gurultu çıxara bilirsə, min qatını mən hər saniyə başımda eşidirəm