Bu dünyada insan zəkasının ülvi mənəvi təzahürlərindən savayı,hər şey əhəmiyyətsiz və maraqsızdır.Ağıl heyvanla insan arasına möhkəm bir sədd çəkir,insanın ilahi bir vücud olmasına dəlalət edir və bir dərəcəyə qədər hətta onun üçün ölməzliyi,yəni olmayan bir şeyi əvəz edir.Buradan belə bir nəticə çıxır ki,insanın ağlı yeganə mümkün olan bir zövq mənbəyidir.
Alexander Dumanın bu romanını oxuyarkən özümü sanki bir bağçada, min bir çiçəyin arasında hiss etdim. Əsərin mərkəzindəki "qara lalə" sadəcə bir çiçək yox, azadlıq və sevgi simvoludur.
Korneliusun laləni yetişdirmək üçün göstərdiyi səbr və inam məni çox təsirləndirdi. Bəzən həyatda da bir maqsədə bağlanırıq, yolumuzda maneələr olsa da, vaz keçməməyin nə qədər dəyərli olduğunu zaman keçdikcə anlayırıq.
Əgər həm tarixi romanları, həm də motivasiyaedici hekayələri sevirsinizsə, bu kitab sizin üçün ideal seçim ola bilər. "Qara lalə" obrazı ilə tanış olmaq və Korneliusun xəyal dünyasına dalmaq hər bir ədəbiyyatsevər üçün unudulmaz bir təcrübədir
Siyah LaleAlexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202319bin okunma