"Mənə bax Nastya, dedi: Məni dinlə. Kişilərin hamısı bəlkə də hamısı nankordu, zalımdır, sevgimizə layiq deyillər. Amma o, bəlkə içlərində ən yaxşısıdır."
"Nə üçün yaxşı bir adam belə, həmişə başqalarından nə isə gizlədir, ürəyini açmır? Nə üçün sən, hər danışdığın sözün təsirsiz qalmayacağını bildiyin halda, ürəyindəkiləri lap bu dəqiqə açıq-açığına, aşkar deməyəsən? Yoxsa hər kəs özünü elə göstərir ki, guya o, əslində olduğundan daha sərtdir, elə bil hər kəs, ürəyindəkini tez desə, hisslərinin təhqir ediləcəyindən qorxub susur."
"Bütün insanlar məni xatırlayır, əzizləyirdilər, hamı mənə qarşı mehriban idi; sən, yalnız sən, məni unutmuşdun, yalnız sən, təkcə sən məni tanımırdın!"
"İndi mən sizin üçün nələr etməzdim,buna Allah şahiddir! Mən yaxşı bilirəm ki,indi sizin vəziyyətiniz çox ağır və kədərlidir. Mən sizi təhqir elədim,lakin bilirsinizmi,sevgiyə təhqir yoxdur. Siz isə məni sevirsiniz!"