Həyatın mənasını insanın ona bəxş etdikləri və qoyub getdikləri ilə ölçürlər. Amma mən daha yaxşısını bilirəm: onun mənasını ona heç nə verməməklə, verməyib verəcəklərindən məhrum etməklə də ölçmək mümkündür...
Həyatım son məqsədi olmayan bir köçdür, bu isə öz - özlüyündə çox mənasızdır. Mən heç bir səbəb olmadan, sadəcə hərəkət üçün yerimdən tərpənirəm və bu, qəlbimi minlərlə, milyonlarla dəfə sındırır.