Müəllif: Şarlot Makkonahi
Janr: Ekoloji distopiya, psixoloji dram
Təbiət və İnsan Arasında Son Səyahət
Şarlot Makkonahinin Son Köç romanı təkcə ekoloji problemləri qələmə alan bir əsər deyil. Bu kitab, həm də insanın daxili dünyasını, itkilərlə dolu həyat yolunu və ümidin son anadək yaşadığını göstərən güclü bir hekayədir. Əsərin baş qəhrəmanı Franni – təbiətə bağlanan, keçmişi ilə yaşayan və gələcəyi naməlum bir qadındır. O, dünyada qalan son susüpürənlərin köç yolunu izləmək üçün okeana yelkən açır. Ancaq bu səyahət təkcə quşların arxasınca getmək deyil – bu, həm də özünü tapmaq və həyatın mənasını yenidən anlamaq cəhdidir. Müəllifin dili incə və dərin məna daşıyır. Təbiət təsvirləri oxucunu içində hiss etdiyimiz dünyaya aparır. Əsərin bir çox tərəfini çox sevdim.
Roman yalnız xarici dünyanı deyil, insanın ruhundakı fırtınaları da əks etdirir.
Süjet irəlilədikcə Franninin keçmişi yavaş-yavaş açılır, bu da oxucunun marağını qoruyur.
Kitab ekoloji fəlakətlərin insan həyatına təsirini hiss etdirmədən, dərin və təsirli şəkildə təqdim edir.
Son Köç həm təbiətsevərlər, həm də insana və onun daxili dünyasına dair dərin düşüncələrə açıq olan oxucular üçün möhtəşəm bir əsərdir. Kitab, insanın yer üzündəki rolu, yaddaşın yükü və həyatın mənası kimi böyük suallara toxunur. Əgər fərqli və təsirli bir oxu təcrübəsi axtarırsınızsa, bu roman sizin üçün əla seçimdir.