Sənin o zəif xarakterinlə sözlərin arasında əlaqə qurmaqda çətinlik çəkirəm.Həm təkəbbürlüsən,həm təvazökar.Həm gücsüz adamsan,həm də mahiyyətinə vara bilmədiyim bir üstünlüyün və gücün var.
-Uca Sultan !Əgər saydığınız bu alimlər yalnız dediklərinizi bilirlərsə,çox şey bildiklərini söyləmək olmaz.
-Niyə?
-Çünki bilik təhlükə ilə ölçülür.
-Bunun mənası nədir?
-Bilik düzgün olmalıdır.Alim səhv etməkdən ölümdən qorxduğu kimi qorxmalıdır.
Əgər sağ olsaydı,onun belə geyinib-keçindiyini görən Levan mütləq nəsə zarafat edərdi.Lakin indi Levan susur,dostunu belə rəsmi qiyafətdə görmək ona ağır gəlir.