Bir zamanlar ,az da olsa,mənə həqiqi sevinc bəxş eden yayın ətri, xoşladığım küçələr , axşam səmasının rəngləri,Marinin gülüşü,onun geyimi... Çöldən dalğa -dalğa axıb gələn bu xatirələr artıq mənə nəsib olmayacaq bir həyat nişanələri idi.
O deyirdi qəlbimə dərindən, diqqətlə nəzər salıb və qətiyyən bir şey tapa bilməyib, mənim, ümumiyyətlə, qəlbim yoxdur, insanlığa xas olan,insan qəlbini günahlara sipər edən mənəvi prinsiplər mənə tamam yaddır.