Ancaq məsələ ondadır ki,yad bir adam sənə qəhvə təklif edirsə, səni dünyaya gətirib gözünün nuru ilə böyüdən ananın cənazəsi önündə sən ondan imtina etməliydin.
Nə qədər çox yada salırdım, bir o qədər xatirimdə fərqli, İlk baxışda diqqətə layiq olmayan xırda şeylər canlanırdı.Bax elə o zaman başa düşdüm ki, əgər insan lap bircə gün yaşayıbsa,sonralar o, yüz il həbsxanada rahatca oturub kefi istəyən qədər xatırlaya bilər və bu bir günün saysız -hesabsız xatirələri onu darıxmağa qoymaz.
Nəriman Həsənzadə
“Nə qəribədir?!”
Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.
Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir .
İndi özgələri, yad ehtiramla,
Deyirlər tanış ol…
Nə qəribədir ?!
Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.
Qoluna girərdim, bu, yadındadır,
Gedərdik ,yolumuz, arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
Toxunsa, biz indi üzr istəyirik.
Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki,
Görəsən məni?…