İnan!
Ancaq bildiyin həqiqətlərə.
Güvən!
Ancaq ürəkdən bağlandıqlarına.
Sev!
Ancaq sevginə layiq olanları.
Çalış!
Ancaq həqiqət yolunda.
Yaşa!
Ancaq ölümü də unutma.
Əziz qardaşoğlu, birisi gəlib deyir ki,mənə səs versəniz sizə iki min lirə verəcəyəm.Bu pul boş-boşuna batıb getsin? Pul əldən çıxmasın deyə,onun partiyasına girir.Haradan çox pul iyi gəlirsə o tərəfə keçirlər .Amma səs verməyə gələndə ,könlündə hansı partiyanı tutubsa,ona da səs verirlər.
Bizim bu yerlərin adamları yaman xarab olublar.Ölkənin bütün xəzinələrini su qiymətinə əcnəbilərə satdılar.Yerdən çıxan şeylər əsil dəyərinə satılsa idi, on belə Türkiyəni abad etmək olardı.