Həyatda bizi öz imkanımıza inama tam əmin edən məqamlar olur. Belə məqamlarda başqa mənzərə açılır: gündəlik həyatda diqqəti özünə cəlb etməyən nələrsə də görünür. Sonralar, hər şey unudulub gedəndən sonra, bəzən bu cür məqamlar yenidən canlanır – bu zaman insana, hisslərin dolğunluğu, bu dünyada əzab və sevinc yaşantıları qayıdır. Belə anlardan qismət kimi qaçmaq olmaz. Kimsə bunun qarşısında dayana bilməz.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Həyat kiminsə çiynindən asılıb cismani hərəkətlərinə mane olursa, şübhəsiz, o, xəstə adamdır. Hərdən mənə elə gəlir ki, uzaq şimal ölkəsində doğulub böyümüşəm, indi də orda yaşayıram, ona görə də başqalarından fərqli olaraq, ağır paltar geymək məcburiyyətindəyəm. Həyatda qarşılaşdığım çətinlikləri məni kin-küdurətdən qoruyan bir əşya, bir geyim kimi təsəvvür edirəm.
Bir qayda olaraq, başqalarını düşünməyən adamlar üçün həyatın mənası xoşbəxtliyə can atmaqdan ibarətdir. Biz həyatın içindən keçib gedir, mənanı təmasımızla axtarırıq, amma onu tapanacan Allaha umuduna yaşamaqda davam edirik. Məna antinomikdir. Biz onu tapanda həyat ikili xarakter alır. Elə ona görə də vəhdətə nail olmaq üçün biz həyatın mahiyyətini təşkil edən ehtirasın bütün gücünü ortaya qoymağa çalışırıq. Ehtiras bizim pərəstişimizin hədəfinə çevrilir. Xəyalinin və gerçəyin vəhdəti “həyatın mənası” anlayışının mahiyyətini əks etdirir, bu da geriyəoxuma qüvvəsinə malik olmayan qanun kimi təsirli olur. Bunun nəticəsində də biz müvəqqəti, uydurma və yalan olana üz tuturuq.