Nə isə, çox şükür ki, bu atom bombasını kəşf etdilər. Əgər bir də müharibə başlasa, mən gedib o bombanın düz üstündə
oturacam. Könüllü surətdə. Allaha and olsun!
– Frans! – deyirəm: – İndi bəlkə bir az yatasan.
O cavab vermir, yanaqlarından göz yaşları axır. Mən onları silmək istəyirəm, lakin yaylığım çox kirlidir.