Cəfər

Cəfər
@Caferali16
Abdullah olmağa çalışan birisi...
Səmimiyyət dəlili
Post out of use
Reklam
Əminə Pakrəvan-Abbas Mirzə və Azərbaycan
O gecə Abbas Mirzə illər boyu çəkdiyi əziyyətləri dilə gətirir və ürəyini atasına boşaldırdı. Bütün hər şeydən xəbərdar olub, ancaq susub və Şahın verəcəyi ədalətli qərarı bəklədiyini söylədi. Şahzadə atasına anlatmağa çalışdı ki, Azərbaycanda başlatdığı reformların dinə qarşı heç bir yönü yoxdur və ayaqda dura bilməmiz üçün bu reformların
Abbas Mirzə və Azərbaycan-Əminə Pakrəvan
Yermolov heç bir şeyi qaçırmadan diqqətə alırdı. Çünkü o, Moskvaya yazdığı raportlarında “Abbas Mirzə reformlarında başarılı olur və güclənirsə Rusiyaya qarşı savaş açacaq” kimi öngörülərdə bulunmuşdu. Abbas Mirzə Yermolovun gəlişi üçün topların atəş edib və gözlə görünə biləcək bəlli hədəflərin vurulmasını istəmişdi. Özü də topçu olan Yermolov, Abbas Mirzənin topçularının bu qədər dəqiq olduqlarına görə duyduğu şaşqınlığını gizlədə bilmirdi.

Reader Follow Recommendations

See All
Abbas Mirzə və Azərbaycan-Əminə Pakrəvan
“Padşahın ikinci oğlu Abbas Mirzə İngiltərənin yardımı ilə uğurlu islahatlar həyata keçirməkdədir. Yüksək orqanizasionlu birliklər oluşdurmuşdur. Topxanası qüsursuzdur və böyük bir sürətlə də gəlişməkdədir. Təbrizdə bir dəmir əritmə mərkəzi yapdırmışdır. Ayrıca bir silah ürətim mərkəzi də çalışmaqdadır. Savaş qalaları Avropa modelinə uyğun yapılmaqdadır. Azərbaycanın mədənlərini kullanıma hazır etmişdir. Abbas Mirzə atasının xəsisliyi üzündən maddi basqı altındadır. Ancaq özü sadə yaşamı tərcih etdiyi üçün şəxsi gəlirinin çoxunu orduya və başqa sosial xidmətlərə həsr etməkdədir...” Bu sözləri yazan davam edir: “Reformlar davam edir. Belə getsə yaxın gələcəkdə Qacar dövləti Avropa piyadələri səviyyəsində hərbi orqanizasiyon oluşduracaq” 29 . Bu raportu yazan Abbas Mirzənin dostudurmu, əcəba? Əksinə, bu raportu yazan Abbas Mirzənin düşməni və Qafqazın hakimi General Yermolovdur.
Abbas Mirzə və Azərbaycan-Əminə Pakrəvan
Şahzadə, İngiltərənin yardımını etimadla, güvənərək qəbul etmədi. Çünkü İngiltərənin Hindistanı necə işğal etməsi haqda, xüsusən Fransa heyətindən bilgi almışdı. Öncə Hindistana yardım amacı ilə gəlmiş, sonra tacirlərini oraya sövq etmiş, yavaş-yavaş ölkənin bütün hərbi və iqtisadi mərkəzlərini ələ keçirdikdən sonra da açıq işğala keçmişdir. Bütün bunlara baxmayaraq onun xidmətində çalışan ingilis zabitlərlə ehtiyatla davranır, onlara hörmət edir, bilgilərindən ordusunun yararlanmasını sağlayırdı. Lakin James Morierin (Cemz Moryer) də ifadə etdiyi kimi, Şahzadə hər zaman fransız təmsilçilərin təəssübünü saxlayırmış.
Reklam
Reklam