Can

Can
@Candan34
SEV Sən sev, səni sevəni, seçibdi sevgi səni, Sevməyəni sevənlər sevgisidə suçludur.... Sevdiyini söyləyən seçibdi sevgisini, Sevgisin sezdirməyən sevgisində suçludur.... * * * Sevgi, sevib-sevilmək, sevənin sevincidir, Sevgi, sonsuz səxavət, sevdanın sonucudur, Sevgi, sona sərmayə, sabahın sulqucudur, Sevgisin sevdirməyən sevgisində suçludur.... * * * Sevdalının sevgisi, sirli, sonsuz, sınırsız, Sevib, sezdirməməyi sultanlıqmı sanırsız???? Sevməyəni sevməyi sədaqətmi sayırsız???? Sevdiyini, sevdirən sevgisində suçludur....
Sayfa 1 - dergi--http://senet.az/gozun-gozu/
Etimoloji Defteri
Mücellit Nedir ?
Gülən gözün gözəlliyi gözəldir, Gülən gözü görünməyən göz görər.... Gözün gülür, gözün gözü gülməyir, Gözdə gözü görünməyən göz görər.... * * * Gözü gözdən gözün gözü gizlədir, Gözdə gözü gözün gözü gizlədir, Gözün gözü gözümüzdə gizlidir, Gizli gözü görünməyən göz görər.... * * * Göygöz giryan, gözü gülməz, gülümsər, Gülən gözün gözü gözdən gülümsər, Gülməyən göz, gözə gözdən gülümsər, Giryan gözü görünməyən göz görər......
Sayfa 1 - "GÖZÜN GÖZÜ" https://www.facebook.com/zaur.ustac?pnref=story
MÜTLƏQ İlahi nurundan pay alan gözəl, Görsən ki, nurundan pay alaq biz də... Lütf eylə, bu səmtə bir, pişvaza gəl, Görsən ki, hərarət qalmayıb, sözdə... Ay Yerin cəzbində, təşnə Günəşə, Bülbül Gülə möhtac, qəfəs nə işə? Adam lap, mat qalır inan, gərdişə, Görsə ki, ötəsi olur yüzün də... Zaur bir, qonaqdı, külli-cahana, Niyəti bəllidi, tək Yaradana, Sürünə-sürünə yetər murada, Görsə ki, taqəti yoxdu dizində...
Sayfa 14 - KİTAP --- http://yeniyazim.com/seirler/43-mtlq.html
"İstəyirdi ki, illərdi mərd ogulların nəşinə təşnə qalan, şərəfsiz düşmən əsarətində inləyən VƏTƏN TORPAĞINA yetirsin özünü... Ayağı səkiyə ilişdi, yıxılmadı səndələdi bir az... Yavaşca sağ dizi üstə çöküb, sag böyrü üstə uzandı- sol yaman incidirdi- sağ əlini torpağa tərəf uzatdı, başını qaldırıb, həsrətlə baxdı burnunun ucundakı torpağa; İlahi hələ çoxmu öz torpağımızda həsrətlə baxacayıq öz torpağımıza-dedi və başını qolunun üzərinə qoydu. Hiss etdi ki, iradəsini itirir, istədi gözlərini yumsun, ancaq göz qapaqları sözünə baxmadı. İstədi sol əlini qaldırıb, gözlərini yumsun. Qolunu bir az qaldırdı, ancaq axıra qədər qalxmadı yanına düşdü. Göy üzünə baxa-baxa kelmeyi-şəhadət gətirdi. Daha heç nə düşünmürdü, gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi... " -
Sayfa 28 - kitap·Kitabı okudu
".....-“Ağdamın Yusifcanlı, Tərtərin Qızıloba kəndləri istiqamətində ermənilər atəşkəsi pozmuşlar. Düşmən cavab atəşi ilə susdurulmuşdu...”- aparıcının səsi eşidildi. - Pozmadıqları gün olur ki? - Seyid ayağa durdu. Zərblə əlini stolun üstünə elə vurdu ki, nə yaxşı dəftər-kitabdan başqa heç nə yox idi... Az qala bütün bilindaj silkələndi. -Pozublar, pozublar... Qurban olum, ay Allah, sən özün mənə səbr ver... - deyə-deyə Seyid bayıra çıxdı, tranşeylə lap ön müşahidə nöqtəsinə gəldi. Üzü dağlara tərəf baxdı, baxdı, baxdıqca göz dağına çevrilmiş bu dağlar ağırlığında suallar sıxmağa başladı onu. Görəsən, “HÜCUM” əmrini çoxmu gözləyəcəyik? Qurban olum , ay ALLAH, Ali Baş Komandan bircə, bu “HÜCUM” Əmrini versəydi!!! Bəs, bu torpaqları kim azad edəcək? Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq? Düşünə- düşünə dərə boyu dağlara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü... "
Sayfa 4 - Kitap, http://kitabxana.net/files/books/file/1430716832.pdf·Kitabı okudu