Aydan

Aydan
@Cavadli_a
Azərbaycan Dillər Universiteti
12 okur puanı
Eylül 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
Mən isə fikirləşirdim ki, dünəndən bəri kişidə əmələ gələn bu yeni əhval-ruhiyə hardandı? Görünür, böyük qorxu kiçik qorxuları əhəmiyyətsiz etdiyi kimi, bəzən başımızın üstündə olan ciddi təhlükənin sovuşması da təbiətimizdəki daha gözəl duyğuların meydana çıxmasına səbəb olur. Nəriman əmi hər şeydən elə ruh yüksəkliyilə danışırdı ki, guya doğrudan da da dünyaya yenidən gəlmişdi.
Reklam
Bəzən sən nə isə yaxşı bir iş görmək istəyirsən. Ancaq səni qova-qova namərd edirlər. Ürəyinə tikan batırırlar. Dünya ışığını sənə haram edirlər. Heç nədən xəbəri olmayan başqaları isə qabaqlarında çay oturub əsnəyə-əsnəyə səni mühakimə edirlər. Qiyabi olaraq sənə pislik damğası vururlar. Dünyada belə mühakimələrdən də ədalətsiz bir iş təsəvvür etmək mümkündürmü?
Bizim vəzifəmiz camaatı varlandırmaqla qurtarmır. Biz nəslimizin sağlam yetişməsi barədə düşünməliyik. Biz çalışmalıyıq ki, kəndli vaxtlı vaxtında öz ailəsi ilə birlikdə istirahat eləsin. Onun yemək otağı, yataq otağı ayrı olsun. Kəndli gündə 8 saat işləsin. Axşamlar kino, teatr tamaşalarına baxsın. Kefli İskəndərin bir sözü heç yadımdan çıxmır:”Hamı mənə deyir, oxu, alim ol. Amma bir kəs demir ki, oxu, adam ol!” İndi biz də həmişə deyirik işlə, artel varlı olsun, özün də yaxşı yaşa. Bizim kəndlilərimiz qazandıqlarını lazımı qədər mədəni tərzdə xərcləyə bilmirlər.
Sən dərinlərə kök salmış qüdrətli,qocaman bir ağacsan. Sənin kölgəndə millərcə adam dincini alır. Sənin qol-budağın arasında quşlar şən nəğmələr oxuyur. Mən isə indi-indi boy atan zəif, kövrək bir zoğam.
Mən Hümmətlə tez-tez zarafat edir ,deyib-gülürdüm.Lakin hər dəfə mən Rayon İcraiyyə komitəsinin sədri ilə danışanda Murad darıxırmış kimi yerində səbirsiz bir hərəkət edir,üzünü başqa səmtə çevirirdi.Bu isə təbii hiss idi.Biz öz taleyimizə asanlıqla təslim olmuruq.
Reklam