Bizim vəzifəmiz camaatı varlandırmaqla qurtarmır. Biz nəslimizin sağlam yetişməsi barədə düşünməliyik. Biz çalışmalıyıq ki, kəndli vaxtlı vaxtında öz ailəsi ilə birlikdə istirahat eləsin. Onun yemək otağı, yataq otağı ayrı olsun. Kəndli gündə 8 saat işləsin. Axşamlar kino, teatr tamaşalarına baxsın. Kefli İskəndərin bir sözü heç yadımdan çıxmır:”Hamı mənə deyir, oxu, alim ol. Amma bir kəs demir ki, oxu, adam ol!” İndi biz də həmişə deyirik işlə, artel varlı olsun, özün də yaxşı yaşa. Bizim kəndlilərimiz qazandıqlarını lazımı qədər mədəni tərzdə xərcləyə bilmirlər.