siyah kağıtta siyah mürekkep

Reklam
Darıxmaq, kölgədə tək çiçək kimi, Boylanıb, günəşi gəzmək kimidir, Ölüm ayağında gələn həkimi, Görüb, ümidini üzmək kimidir. Darıxmaq, ağacdır səhrada bitən, Gələr, daldalanar hər yoldan ötən, Özün öz əlinlə göylərə çatan, Qolu, budağını kəsmək kimidir, Susmaqdı darıxmaq söz boğan yerdə, Axşamlar gəldimi, getməz səhər də, Yaxşı tanıdığın, köhnə şəhərdə, Evə qayıdanda azmaq kimidir. Yolmağa oxşayır, başı,saçını, Qırıb otuzdurur dizi, qıçını, Kəsilmək bilməyən ağrı-acını, Şeir əvəzinə yazmaq kimidir. Dəlilik sözünə taydı darıxmaq, Oturub-oturub, lap axmaq-axmaq, Əlin yazdığını, gözündən qabaq, Ürəyin içindən pozmaq kimidir.

Reader Follow Recommendations

See All
Həyatın ucqarlarında bir yarımadaya Yığılmış boş çoxluq Bir tərəfdə sivilizasiya səsləri Qalanında yoxluq.. Tox adamların aclara diş göstərmədiyi Ümidlərin yeyələriylə ölmədiyi Ağ şəhər, qara şəhər Ödü ağrıkəsicisiz götürülmüş
Mənim nağıllarım gecələr bitir.
Səhərlər başlayır, sirli sehirli Ovsunlu, cadulu, hiylə, məkrli Simvolik, allegorik, mövzusu dərin, Əvvəli qorxulu, axırı gərgin...                         Hamam hamama sığışır Saman xəlbirə yığışır, Dəvə əlində qayçı
Reklam
Reklam
87 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.