Bizə nəinki danışmağı, sevinməyi, ağlamağı, hatta düşünməyi də qadağan ediblər. İmkanları ola, ruhumuzu kəməndə salarlar ki, bədənimizdən uçub getməsin. Bütün varlığımızla ağamıza məxsusuq. Ağamız tanrımızdır. Bizi yaratmasa da, yaşatmaq və öldürmək iqtidarındadır. Məşəqqətli həyatımızı dərk edib əzab çəkmək qabiliyyətimiz heyvandan yeganə fərqimizdir. Hamı kimi mən də hər şeyi görə-görə, bilə-bilə boyun əymək məcburiyyətindəyəm. O yan bu yan eləsəm, mizraqla boynunun arxasından vurulan yoldaşlarımın aqibətini yaşayaram; üzüqoylu yıxılaram, ağzımdan şoralanan qana səhranın xırda qumları yapışar. Ya da iri qaya parçasının altında qoyub, çığırda-çığırda öldürərlər. İkisindən də betər, diri-diri ehram divarlarına hörərlər. Fironun axirət səltənətinin xirda zərrəsinə çevrilib yox olaram.
Cahilsin; okur, öğrenirsin. Gerisin; ilerlersin. Adam yok; yetiştirirsin, günün birinde meydana çıkıverir. Paran yok; kazanırsın. Her şeyin bir çaresi vardır. Fakat insan bozuldu mu, bunun çaresi yoktur.