İnci Zadə

İnci Zadə
@Cincizade
"Finifugal"

İnci Zadə

, bir kitap okudu
9/10
·100 syf.·
Beğendi
·
2025 19. kitabı
Diane Broeckhoven
7.7/10 · 86 okunma
Reklam
3/10
·250 syf.··
2024 5. kitabı
·
11 günde okudu
·
Okunma: 26 Şubat 2024 00:00
Fevral ayının ən böyük aldanışı, ən məyusedici mütaliəsi oldu "Tənha". Nə yalan deyim, divara baxıb tənhalıq haqqında düşünməyə bu əsəri oxuyub bitirməyə çalışdığım vaxtı sərf etsə idim, daha çox zövq ala bilərdim. İnsanın insan olmayana sevgisində anlam tapmayan, oğlunu balaca yaşlarda Amerikaya göndərdiyi üçün borcunu yerinə yetirdiyini sayıb özünü "yaxşı ata" sayan, illər sonra aralarında baş verə biləcək görüşü ötüşdürüləcək hadisə, üstündən atılacaq bir yük kimi görən bu sevgisiz adamı heç cür sevə bilmədim. Strindberq səmimi deyil. Hətta bir az cəsarətli olsam, qorxaq olduğunu da deyə bilərəm. Yaşadıqlarına yaradıcı yanaşır, amma Verhulst, Ditlevsen, Ernaux kimi yaradıcılıqla reallıq arasındakı sərhədi qorumağı bacarmır. Sıxıcı, usandırıcıdır. Cümlələrindən toy məclislərində "şair" deyə tanınan 50-60 yaşlı dayıların illər sonra çap etdirməyə qərar verdiyi şeir toplusunun qoxusu gəlir. Monoton bir əsər olacağını təxmin etmişdim, belə bir ada sahib avtobioqrafiyadan əyləncəli bir süjet gözləmək absurd olardı. Amma baş obrazın daxili aləmi bu qədər adi, maraqsız və özü ilə təzadlı olanda, hələ yuxarıdakı səbəblərdən ona qarşı antipatiyanız da yaranıbsa, özü haqda yüksək düşüncələrdə olduğu abzasları oxumaq əməlli-başlı zülm olur. Buna görə də avtobioqrafiya yazmağa hədsiz sevgisini nəzərə alsaq, Strindberqlə yollarımızın bir daha kəsişəcəyini düşünmürəm. Bu arada kitabı bəyənməsəm də, qeyd etməsəm olmaz - tərcümə və redaktə kifayət qədər uğurlu idi. Hətta bu nüansın kitaba sonadək dözmə səbəbim olduğunu deyə bilərəm.
TənhaAugust Strindberg · Parlaq İmzalar Nəşriyyatı · 201525 okunma
"...çünki biz ölərkən səssiz qala bilməzlər."
8/10
·536 syf.··
2024 3. kitabı
·
25 günde okudu
·
Okunma: 03 Şubat 2024 00:00
Uzun bir fasilədən sonra Çimamanda Nqozi Adiçi ilə "Yükselen Güneşin Ülkesinde" (Doğan Kitap) kitabında görüşdük. Yazıçı bizə ömrü cəmi üç il çəkən, amma qısamüddətli varlığı ilə bir çox insanın həyatını birdəfəlik dəyişdirən bir addan bəhs edir: Biafra. Biafra Respublikası. Biafra Müharibəsi. Tarixi məqamlara mümkün olduğu qədər tərəfsiz yanaşmağa çalışan və əksərən də buna nail olan yazıçı, mənə görə, ən böyük uğurunu yaratdığı obrazlarla qazanıb. Belə ki, kitabdakı əsas və köməkçi obrazların heç birini sevməyi bacarmadım (ki bu, nadirən olur), halbuki ilk təəssüratım fərqli idi. Hamısının məni narahat edən, görməzdən gələ bilməyəcəyim qüsurları vardı. Çimamanda xanım heç birinə mərhəmət etməyib, insan təbiətini bütün vəhşiliyi, iyrəncliyi, eqoistliyi ilə ortaya qoyub. Amma buna baxmayaraq, hər biri üçün elə kiçik anlar vardı ki, fərqində olmadan özümü onların yerində hiss edir, dərindən empatiya qura bilirdim. Bəzilərinin xətaları, bəzilərinin qorxuları, bəzilərininsə cəsarəti tanış idi. "...nə zaman göy gurultusu eşitsə, yeni bir hava hücumu sanıb diksinərdi." Adiçinin qələmini sevirəm. Bu kitabını da ümumilikdə bəyəndim. "Amerikanah" ilə bənzər cəhətləri az deyildi, xüsusən də iqboları, İqbo dilini yenidən tanımaq maraqlı idi. Amma yenə də bir "Amerikanah" deyildi, onun məndə yeri hər zaman bambaşqa olacaq.
Yükselen Güneşin ÜlkesindeChimamanda Ngozi Adichie · Doğan Kitap · 2021112 okunma
"Hər şey qaydasındadır, mister Stivens?"
9/10
·272 syf.··
Beğendi
·
2024 3. kitabı
·
7 günde okudu
·
Okunma: 03 Şubat 2024 00:00
Stivens mükəmməl eşikağasıdır, lap mister Marşal ilə mister Leyn kimi. Göstərdiyi xidmətdə əsla tərəddüd hissinə qapılmayan, özünü fırlanan böyük bir çarxın bir parçası kimi görməkdən şərəf duyan bu adam sadəcə həqiqi peşəkarların sahib ola biləcəyi "qeyrət" anlayışının şərtlərini ödəmək üçün həyatındakı hər şeydən və başda özü olmaqla, hər kəsdən üz döndərməyə hazırdır. Bəhsi keçən "qeyrət" olduqca mürəkkəb qavramdır, ancaq onu Stivensin dilindən tək bir ifadə ilə anlatmalı olsaq, əsas prinsipi "heç kimin yanında soyunmamaq"dır. İdeal eşikağası heç vaxt başqalarının yanında öz aləmində olmamalıdır, sadəcə özü ilə tək qaldıqda belə bir sərbəstliyə haqqı çata bilər. Buna görə də əsər boyunca Stivens bir an olsun bizi gözardı etmir və əynindəki "mükəmməl eşikağası" paltarını heç bir şəkildə çıxarmır. Həyatının dönüş nöqtələrini anlatdığı anlarda belə, hisslərini qarşımıza çılpaq şəkildə sərməkdən çəkinir, əvəzində son ana kimi öz prinsiplərinə bərk-bərk bürünür. Əvvəllərdə baş obrazın təfərrüat bolluğu ilə gerçək düşüncələrini - özünü gizləməsi qıcıqlandırıcı ikən (ən azından mənə elə gəlmişdi) əsəri oxuduqca biz bu kiçik detalların böyük bir mənzərəyə hazırlıq olduğunu anlamağa başlayırıq. Stivens bizə bir səyahətdən bəhs edir - başqa şəhərə işgüzar məqsəd daşıyan bir səyahət. Lakin hekayə irəlilədikcə bunun daha çox Stivensin daxili aləminə, yaşadıqları və yaşaya bilmədiklərinə səyahət olduğunun fərqinə varır və onun israrla özünü bizə qarşı müdafiə edərək təsəlli tapma cəhdini kədərli bir təbəssümlə izləyirik. Stivensin öz eşikağası həyatında qalibiyyət adlandırdığı bir neçə məqam var. O, ölüm ayağında atasının yanında olmaq əvəzinə işini seçir, həyatına rəng qata biləcək yeganə insanın gedişinə mane olmaq əvəzinə işini seçir, ağasının səhvinin fərqinə vardığı
Günün QalanıKazuo Ishiguro · Teas Press · 20236,9bin okunma