İnci Zadə

İnci Zadə
@Cincizade
"Finifugal"
Azərbaycan Tibb Universiteti
30 Temmuz 2002
466 okur puanı
Temmuz 2020 tarihinde katıldı
Həvəskar Haykular
Dağınıq otaqda Səpələnmiş paltarlar. Güzgü xoşuna gəlmir. Keçmədiyi səkilərdən keçir ki, Yolu buradan düşsə, Addımları görüşsün. Bir əlində gül buketi, Bir əlində hədiyyə, Qulaqlıqlarında yalnızlıq mahnısı çalır. Ekranın üzərində bir neçə toxunuşla Təzə qovluq açacaq Köhnə fotolar üçün.
Reklam
Bəs sizin Allaha məsləhət vermək imkanınız olsaydı?
- Mən qadir yaradana deyərdim: "İlahi, mən sənin planlarını bilmirəm, bəlkə də, sən insanları xeyirxah və xoşbəxt etməyə hazırlaşmırsan. İstə bunu! Buna nail olmaq çox asandır. İnsanlara istədikləri qədər çörək, ət və şərab ver, yaşamaq üçün yer və paltar ver. Qoy aclıq və ehtiyac, onlarla birlikdə isə insanları ayıran hər şey yoxa çıxsın. - Elə bu? - Rumata soruşdu. - Sizin fikrinizcə, bu, azdır? Rumata başını buladı. - Allah sizə belə cavab verərdi: "Bu, insanlara xeyir gətirməz. Çünki dünyanızın güclüləri mənim verdiklərimi gücsüzlərin əlindən alacaqlar, gücsüzlər yenə əvvəlki kimi yoxsul qalacaq". - Mən Allahdan xahiş edərdim ki, gücsüzləri qorusun, "Zülmkar hökmdarların başına ağıl qoy" deyərdim. - Zülmkarlıq güc deməkdir. Hökmdarlar zalımlıqlarını itirsələr, güclərini də itirəcəklər, onları başqa zülmkarlar əvəz edəcək. Budax daha gülümsəmirdi. - Zülmkarları cəzalandır ki, güclülər gücsüzlərə zülm etməyi tərgitsinlər, - o, qətiyyətlə dedi. - İnsan anadan gücsüz doğulur. Ətrafında ondan güclüsü olmadıqda güclüyə çevrilir. Güclülərin zalımlarını cəzalandırsam, onların yerini gücsüzlərin ən güclü, deməli, zalım olanı tutacaq. Beləliklə, hamını cəzalandırmaq lazım gələcək. Mən isə bunu istəmirəm. - Qadir yaradan, yaxşısını sən bilərsən. Onda, sadəcə, elə et ki, insanlar hər şeyə sahib olsunlar və sənin onlara verdiklərini bir-birinin əlindən almasınlar. - Bu da insanlara xeyir gətirməyəcək, - Rumata köksünü ötürdü, - çünki onlar hər şeyi məndən - havayı, zəhmət çəkmədən alsalar, əməyi yaddan çıxaracaq, həyata maraqlarını itirəcək və mənim əbədi olaraq yedirməyə, geyindirməyə məcbur olacağım ev heyvanlarıma çevriləcəklər. - Onlara hər şeyi birdən vermə! - Budax qızğınlıqla dedi. - Az-az, tədricən ver!
Dostoyevski oxuduğu bir şeir səbəbilə rus çarı tərəfindən Sibirə sürgün edilmiş, həbsə atılmışdı. Sonralar orada yaşadığı bütün olayları "Записки из Мёртвого Дома" ("Ölülər Evindən Qeydlər") adlı kitabında qələmə alacaqdı. Bu olaylardan biri də həmin ərəfələr yazıçının həbsxanada gördüyü Belka adlı itlə ona insan münasibətləri barədə önəmli bir baxış bucağı qazandıracaq təcrübəsi idi. İti izləməyə başlamış və zaman keçdikcə Belkanın yanından keçən hər kəsin ona təpik vurduğunu müşahidə etmişdi. İt onu təpikləyən heç bir məhkumdan qaçmırdı, kimsə ona yaxınlaşanda özü əyilərək təpik üçün hazır vəziyyət alırdı. İtin yanından keçənlər də öz növbəsində onu təpikləyir, Belka isə buna reaksiya vermirdi. Bir gün Dostoyevski özü də Belkaya yaxınlaşdı, ancaq digər məhkumların əksinə, onu sığallayıb əzizlədi. Bir müddət bu gözlənilməz hal qarşısında nə edəcəyini bilməyən itin bütün gövdəsi titrədi, ondan uzaqlaşaraq inilti və fəryad arasında səslər çıxardı. Sonralar Dostoyevskinin onu hər oxşayışında bu olay təkrarlandı. Əslində hadisənin mahiyyəti olduqca sadə, bir o qədər də acınacaqlıdır. Sevilmək Belkaya daha çox əzab, daha çox ağrı vermişdi, nəinki hər gün gözlədiyi kimi insanlar tərəfindən şiddətə məruz qalmaq. Sevginin var olmadığına inanaraq həyatını yaşanılacaq hala gətirmiş və bir gün qarşılarında onlara yönəlmiş gerçək bir sevgi gördükdə onu inkar edərək bərabərində gətirəcəyi ümiddən, o ümidin boşa çıxma qorxusundan özünü qurtarmağa çalışan insanlar kimi idi Belka. Bəlkə, bir baxıma haqlı idi də. Gerçək budur ki, sevgisizliyin normallaşdığı, təqdir gördüyü yerdə sevgiyə yer qalmaz. Mərhəmət duyğusunu eqoizm, başqalarını əzmə istəyi üstələyərsə, insanlıq sadəcə sözdə var olan bir məfhuma çevrilər. Sadəcə sözdə...
2022 Cinciva Oxu Marafonu !
12 ay üçün 12 mövzu və 12 kitab 🤩 Hər ayın öz mövzusu var : Fantastika, qorxu, uşaq ədəbiyyatı... Bir sözlə, hər tip bədii əsərə şans veriləcək. Konkret kitab qoymuruq, beləcə çatdırmaq, yaxud bəyənib-bəyənməmə dərdi olmayacaq. Siz mövzuya uyğun olmaq şərti ilə, həmin ay oxumağa ayıra biləcəyiniz zamanı, diqqətinizi çəkən hekayəni nəzərə alıb istədiyiniz əsəri seçəcəksiniz. Hər ayın son günü (münasib zaman olması baxımından, növbəti ayın ilk günləri də ola bilər) qrup söhbət üçün açılacaq və ay ərzində oxunan kitablar qeyd ediləcək. Hər kəs oxuduğu əsər(lər) barədə spoiler vermədən danışacaq, bəyəndiyini / bəyənmədiyi cəhətləri qeyd edəcək. Beləliklə, bol-bol kitab tövsiyəsi almış olacağıq. 📌 Nümunə olaraq, öz siyahımı sizinlə paylaşıram. 🗓 Yanvar : "Soyuq Əllər, İsti Ürəklər" ~ Yeni il, qış, qar auralı romanlar. • Oxuyacağım kitab : Louisa May AlcottLouisa May Alcott - Küçük KadınlarKüçük Kadınlar ✅ 🗓 Fevral : "İliklərə qədər qorxu" ~ Qorxu / Thriller (gerilim) janrında bir roman. • Oxuyacağım kitab : Leila SlimaniLeila Slimani - DayəDayə ✅ 🗓 Mart : "Sevimli Yazıçı, Sadiq Oxucu" ~ Daha əvvəl oxuyub qələmini bəyəndiyiniz bir yazıçının oxumadığınız hansısa romanı. • Oxuyacağım kitab : Stephen KingStephen King - 11/22/6311/22/63 ✅️
WASP'lar* Neyin Peşinde?
Profesör Hunk halkın çoğunun sabah kahvaltısında bir bardak antisemitizm içtiği bir Avrupa ülkesinden gelmiş, ağır aksanlı, Yahudi bir konuk öğretim üyesiydi. Profesör Hunk vatandaşlık hakları üzerine konuşurken bir Yahudi, "Siyahlar Yahudiler kadar çile çekmedi," dedi. Profesör Hunk yanıt verdi: "Haydi ama, baskı olimpiyatlarında mıyız?" Yahudi bilmiyordu; ama "baskı olimpiyatı" akıllı liberal Amerikalıların kendinizi aptal hissedip çenenizi kapatmanız için kullandıkları bir terimdir. Baskı olimpiyatları devam ediyor mu peki? Amerika'daki ırksal azınlıkların - siyahlar, Hispanikler, Uzakdoğulular ve Yahudiler - hepsinin de beyazlardan çektiği var, farklı şekillerde çekiyorlar ama çekiyorlar. Her biri gizlice en fazla kendisinin çektiğine inanıyor. Yani, Birleşik Baskılananlar Ligi diye bir şey elbette yok. Yine de hepsi siyahlardan daha iyi durumda olduğunu düşünüyor, çünkü eh, siyah değiller. Örneğin Lili'yi ele alalım; halamın bir New England kasabasındaki evini temizleyen esmer tenli, siyah saçlı, İspanyolca konuşan kadın. Çok kibirliydi. Saygısızdı, talepkardı, iyi temizlik yapmıyordu. Halam, Lili'nin siyahlar için çalışmaktan hoşlanmadığını düşünüyordu. En sonunda onu işten çıkarırken halam, "Aptal kadın, kendini beyaz sanıyor" dedi. Demek ki arzulanan şey beyaz olmak. Herkes tarafından değil kuşkusuz (yorum yazanlar; lütfen bariz olanı dile getirmeyin); ama pek çok azınlık çelişkili bir şekilde WASP beyazlığını arzuluyor, daha doğrusu WASP beyazlığının ayrıcalıklarını arzuluyor. Muhtemelen soluk tenli olmaktan hoşlanmıyorlar ama bir mağazaya girdiklerinde de peşlerinde güvenlik görevlisi dolaşmadan gezebilmekten hoşlanacakları kesin. Muhteşem Philip Roth'un sözleriyle buna "Goy'undan hem nefret etme hem de onu yeme"** deniyor. * WASP, (White Anglo-Saxon