Cøşqun

Cøşqun
@Cosqun666
Bivəfa gördüm kimə dünyada etdim etimad
_cosqun_00
Bakı Dövlət Universiteti
Bakı
null
88 okur puanı
Mart 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
Oxumadan ölməyin!
10/10
·680 syf.··
2025 4. kitabı
·
38 günde okudu
·
Okunma: 07 Şubat 2025 22:00
Spoiler yox. Təhlil yox. Sadəcə qısa bir qeyd Mütləq oxunulası əsərdi Habil və Qabil'dən başlayan insan xisləti motivləri üzərində davam edən hekayə şahəsər. Əksər amerika ədəbiyyatından öyrəşdiyimiz quldarlıq, torpaq davası, iş axtarışı əvəzinə bu əsərdə personajların daxili aləmi - psixologiyasından bəhs edir. Əvvəli bir az sıxıcı başlayır - 3 fərqli ailənin hər birini ayrılıqda bizə təsviri. 3cü ailədən 1 fərd bizə lazım olur və hekayəni də o şaxələndirir ( almanı yedik cənnətdən gedək) Oxuyub sona çatdıqda Niçenin ''əbədi döngü'' dediyi fikirdən qurtula bildiklərini gördüm. Necə nail oldular - döngünün əksinə getdilər (sadə səslənir). Amma əsəri bitirəndə bunu anlamaq olur. Martin İden , Səfillər kimi şahəsərləri gözübağlı tövsiyə edirdimsə bu əsər də onların sırasına qoşulacaq..
Cənnətdən Şərqə DoğruJohn Steinbeck · Qanun Nəşriyyat · 202211,4bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·360 syf.··
2023 42. kitabı
·
7 günde okudu
·
Okunma: 04 Haziran 2023 15:33
Əyləncəli, yumoristik və oxuduqca rus'ların köhnə dövr komediya kinolarını xatırladan (hansı ki, bir çoxumuz baxmışıq - brilyant əl və bunun kimi digərləri) bir roman. Əsər İppolit (qısaca Kisa ) və Bender'in kitabın adından da göründüyü kimi 12 stul macərasından bəhs edir. Hansı ki, bu stullar Kisa'nın ölüm döşəyində olan qayınanası tərəfindən, Kisaya dediyi son sözlərindən sonra - '' stulların birində brilyantlarım, mirvari sepim və digər qızıllar var '' deməsi ilə gündəmə gəlir. Benderin bu stullardan xəbər tutması Kisanın zəifliyinə görə olur. Öz işini özü görsə idi Bender bu hekayədə olmazdı. Lakin, ortaya sual çıxır ki, Kisa bu işi tək görə bilərdimi? Bender'də olan girişkənlik, ''jivoy''luq Kisa'da qəti görsənmirdi, hətta brillyantlar tapılsa Bender Kisa  ilə ilk dəfə söhbət edərkən xəzinənin 60%'ni belə tələb etmişdi. Gedişat rəngarəngdi çünki 12 stul'un hər biri müxtəlif yerlərdi idi - alınıb, paylanılıb və ya muzey tərəfindən hərraca çıxarılıb. Macəra indi başlayır. Rusiya daha doğrusu SSRİ'də yerləşən bir sıra şəhərlərə səyahət olunur (hətta Bakıya da gəliş var, amma bu səyahət bizim qəhrəmanlar tərəfindən deyil, onu siz oxusanız biləcəksiniz). Əsər boyu biz Kisa'nın psixoloji durumunu və xasiyyətinin necə dəyişdiyini görəcəyik. Bunu ən yaxşı Breaking Bad izləyənlər biləcək ki, 2 il ərzində Walter necə bir dövr keçmiş, necə bir insana çevrilmişdi. Çətinliklər, ''etmərəm'' dediyimiz şeyləri məcbur qalıb etdikdə insana necə təsir edir və onu necə formalaşdırmasını Kisa'da görmüş oluruq. Əsər həm də yeni yaranmış sovet rejimini də yadda çıxartmır, oktyabristləri də yad edir, bu tip fikirləri Benderin fırıdaq işlətdiyi zaman insanlarla münasibət qurduğu müddətdə biz görürük. Kitabın sonunda Kisa'nın etdiyi hərəkətlər xoş olmadı mənə. Gözləmirdim. Brilyantlar
On İki StulYevgeni Petrov · Qanun Nəşriyyatı · 2011288 okunma
10/10
·348 syf.··
2022 54. kitabı
·
18 günde okudu
·
Okunma: 20 Kasım 2022 20:49
Klassik yazarlar sırasında adı çəkilsə də nədənsə az danışılan bir yazardı ya da bizim ölkədə əsərləri az qisim tərəfindən oxunulub . Balzakdan oxuduğum 3cü əsərdi. İlk 2si ''İfritə'' və ''Ateistin ibadəti'' olmuşdu. İftitə əsərini elə də bəyənmədim 80 səhifəlik bir hekayə idi ancaq çox yorucu idi. Ateistin ibadəti isə maraqlı idi. Bu əsər Balzakdan oxuduğum ilk uzun həcmli əsər idi. Əvvəli sıxıcı gedirdi..personajları bir-bir tanıdırdı, həyatlarından, işlərindən filan bəhs edirdi. Birlikdə qaldıqları mehmanxanada bir-birilərinə qarşı rəftarlarından danışılırdı. Sonrası isə axıcı idi. Ejen adlı hüquq'da oxuyan tələbənin Parisin kübar cəmiyyətinə daxil olmaq xəyallarından və bu xəyalı həyata keçirmək üçün başına gələn hadisələr ətrafında cərayan edirdi hər şey. O da digərləri kimi kiçik, kasıb bir mehmanxanada qalırdı. Bu mehmanxana sakinlərindən biri də vermişel fabrikantı və varlı sayılan Qorio ata idi. Qorio ata qızlarını həddindən artıq çox sevirdi. Hər dediklərini son gününə qədər ''yox'' demədən etmək üçün dəridən qabıqdan çıxmışdı. Qızları isə böyüyb ailə qurduqdan sonra ərlərinin təkidi və bəzən də öz etinasızlıqları ucbatından getdikcə Qoriodan uzaqlaşırdılar. Hətta qızları son mənzilə yola düşən Qorio atanın 1tək istəyinə qarşı etinasız yanaşdılar. Qorionun özü də son  anlarında bunu Ejen'ə bildirirdi ki belə olacağını bilirdim, izdirab çəkirdi. Sözün qısası  sizin xoşbəxtliyiniz üçün çalışan valideynlərinizin qədrini bilin. Klassik əsər sevərlər üçün gözəl bir kitabdır tövsiyyə edirəm. Sevməyən və ya yeni başlayanlar üçün də maraqlı ola bilər.( bir az adlar qarışıqdı əsərin əvvəlində tutmaq çətin olur)
İnceleme
Qorio AtaHonore de Balzac · Qanun Nəşriyyatı · 201518,6bin okunma
Heyif gec oxudum...
10/10
·1600 syf.··
2022 41. kitabı
·
36 günde okudu
·
Okunma: 06 Eylül 2022 13:24
Möhtəşəm 1600səhifəlik səyahət. Məncə fransız və rus yazarları ədəbiyyat dünyasını öz çiyinlərində daşısalar da. Viktor Hüqo tək Səfillərlə bu işin öhdəsindən gəlib. Bu kitab qədər hadisələri incəliyinə qədər təsnif edən və heç gözləmədiyiniz halda o kiçik görsənən hadisələri bütün hekayə  boyu bir biri ilə əlaqələndirən və əsərin sonunu möhtəşəmliklə bitirin 2ci belə əsər çətin yazılar. Viktor Hüqo'nun özü də sürgündə həbsdə çətinliklərlə baş-başa qalan bir yazar olduğundan Səfillərdəki personajları çox xırda detalına qədər işləyib və bizə ötürdüyü hisslər inanılmazdır. Kitabda hər şeydən söhbət açılır. Din , hüquq, siyasət, tarix, insan psixologiyası, azadlıq, inqilab qiyam, məcburiyyət və s. və s... 5hissədən, hər bir hissə də bir birindən möhtəşəm və zəngin bir təəssüratla insanda iz qoyur. Əsərdə tarixi döyüşlər çoxluq təşkil edir, elə əsər də bir növ bu döyüşlər ətrafında cərayan edir. Vaterloo döyüşü və bu döyüşün uzuun təsviri, Napoleon'un döyüş taktikası hansı ki müvəffəq ola bilmədi. Sonrakı hissələrdə Fransa inqilabına hazırlıq azadlıq naminə kiçik bir qüvvə ilə möhtəşəm mübarizə və s. İlk başda heç bir əlaqəsi olmayan. ''Bu hissəni niyə oxudum?'' , ''nə əlaqə?'' ( nə əlaqə dediyim başlıqlardan sadəcə ''Arqo'' başlığı  ordakı dələduzların öz aralarında danışdıqları dildən bəhs edirdi deyə bu hissəni niyə oxudum deyə bilərəm)) dediyim hissələr var idi amma sonradan bu hissələr əsəri incəliklə bağlanırdı ta əsər bitənə qədər də bu bağlantıları görmək olurdu. Qəhramanlara gəldikdə hamısı bir birindən ''səfil'' idi. Hər biri müəyyən bir hissləri təcəssüm edirdi və əsas da vicdan hissini. Əsas personaj Jan Valjanın timsalında bu vicdan hissini görürük. Bacısı uşaqlarına baxmaq üçün nə qədər çalışsa da hətta öz yeməyindən bacısı kəsib uşaqlara versə də sonunda bir
1000Kitap
SəfillərVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2022105,2bin okunma