Moonlight

Moonlight
@Daniqrbva
Qurban Səid "Əli Və Nino"./
Puan vermedi·350 syf.··
2025 5. kitabı
·
4 günde okudu
·
Okunma: 10 Şubat 2025 22:49
Əsər şərq və qərb mədəniyyətlərinin toqquşmasından, fərqli dünyalara aid iki gəncin sevgisindən, milli kimlik və vətən uğrunda fədakarlıqdan bəhs edir. Tarixi-mədəni aspektləri maraqlı olsa da, sevgi romanı kimi mənim gözləntilərimi doğrultmadı, təəssüf ki. Kitabda gözlədiyim gözlədiyim dərin, duyğulu eşqi tapa bilmədim.
1000Kitap
Əli Və NinoKurban Said · Ali Ve Nino Yayınları · 03,270 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Siçanlar və Adamlar
10/10
·128 syf.··
2025 20. kitabı
·
4 günde okudu
·
Okunma: 09 Mayıs 2025 19:24
Həcmi az olan kitablar, adətən, mənim üçün o qədər də təsirli olmur, amma bu kitabı bitirəndən sonra qəribə bir boşluq yaşadım... Corc və Leninin dostluğu,onların qarşısına çıxan çətinliklər və seçimlər mənə həyatın nə qədər mürəkkəb olduğunu,sevginin bəzən insanı çətin qərarlar almağa məcbur etdiyini göstərdi. Kitab sadə dildə yazılıb, amma çox dərin bir mesaj verir. Hər kəsə tövsiyə edirəm
1000Kitap
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2024211,4bin okunma
Puan vermedi·224 syf.··
2025 19. kitabı
·
18 günde okudu
·
Okunma: 29 Nisan 2025 14:48
İlyas Əfəndiyev - "Söyüdlü Arx" Bu kitabı oxuyarkən hiss etdiyim o doğmalıq, səmimiyyət ruhumu oxşadı Özümü həmin kənddə yaşayırmış kimi hiss etdim.Gözümün qabağında söyüdlər, torpaq yollar canlanırdı. Əsərin baş qəhrəmanı Nuriyyə çətin bir uşaqlıq keçirir, uşaq evində böyüyür, amma içindəki səhnə sevgisi onu heç vaxt tərk etmir. Murad adlı bir leytenantla təsadüfən tanış olur, amma Murad birdən yoxa çıxır. Aradan illər keçir, Nuriyyə bir kəndə mədəniyyət evinə təyinat alır. Həmin vaxt illər əvvəlki sevgisi Muradla qarşılaşır, amma o artıq evlidir. Nuriyyə bu sevgini qəlbində basdırır... İlyas Əfəndiyevin qələmindən oxuduğum ilk əsər idi. Mən çox bəyəndim, hər kəsə tövsiyə edirəm.
Kitap Alıntısı
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,303 okunma