Bir quş kimi uçdum özüm,
Bir budaqtək qondum sənə.
Mən sənə inandım,sözüm,
Mən sənə aldandım,sənə.
Bu dünyadan üz çevirdim,
Tək səni sevdim-sevildim,
Tək sənin dadını bildim,
Tək sənə dadandım,sənə.
Sən məni tutdun qarğıştək,
Ayrılmadıq gözlə qaştək,
Divara hörülən daştək
Hörüldüm,suvandım sənə...