“Mənə elə gəlir ki, böyük bir tonqal qalayıb bütün neft buruqlarını yandırmaq yaxşı olardı. Gözəl bir mənzərə olardı va biz yenə kasıb olardıq. O zaman biz heç kimə lazım olmazdıq va ecnəbilər də yaxamızdan əl çəkərdilər.”
“Bizim ruhumuz Allaha doğru getmək istəyir. Düzdür, har xalq düşünür ki, onun ayrı Allahı var. Amma mənim fikrimcə bütün peyğəmbərlərin səsi ilə vəhy edən varlıq - Allah - birdir. Buna görə mən İsaya, Musaya, Konfutsiye, Budda va Məhəmmədə də inanıram. Biz hamımız bir Allahdan törəmişik və babdan keçib onun yanına qayıdacağıq. Bunu xalqa bildirmək lazımdır. Ona elan etmek lazımdır ki, nə qara var, nə də ağ, çünki qarada ağ, ağda da qara vardır. Buna görə məsləhət görürəm: gəlin elə iş görməyək ki, dünyada kiməsə zərər dəysin, çünki biz hər bir insandayıq, hər bir insan da bizdə var.”
Ağac altında, ay işığında bir-birinə sığınan sevgililəri yad nəzərdən qoruyan gecə.. öz yumşaq yastığı ona zindan kəsilən, ağır xəstərin dərdinin üstünə dərd gətirən gecə..oğrulara əyrilərə himayədar olan,öz xəstəsinin keşiyini çəkənlərə cəhənnəm kəsilən gecə..
Xərçəng xəstəliyindən vəfat etmiş bir xəstə bu sözləri əbəs deməmişdi:
“Ey olan aləmə dost, mənə zindan gecələr”
“Nə dediyinizi anlayıram. Demək istəyirsiniz ki, yerdən oturmaq və yerdən çörək yemək dərin mədəniyyətsizliyin nişanəsidir. Lakin, yer.. O, insanın ayrılmalı olmadığı bu üzdəki vətənidir. Insan yerden baş qaldırıb va onu rədd etməməlidır. Tərsinə: xəlq olunduğu bir ovuc torpağı öz mənəvi çabasına qatmalıdır.
Şərqin insanı özünün yerə bağlılığını duyur va yarandığı torpağın qarşısında məmnuniyyətlə mütilik edir. Bu, yerdən qalan va insanı mayalandıran əbədi sirlə dolu bir cərayan kimidir. Ona göra da biz yerdə oturub namaz qılırıq va haçansa dönüb ona çevriləcəyimiz torpağa üzümüzü sürtürük.”