O, zahirən nə qədər soyuqqanlı, hissiyyatsız görsənsə də, qəlbində belə deyildi. Hər şeyi daxilində təhlil edər, narahatlıqlarını ətrafdakılara bildirməzdi. Donuq üz ifadəsi insanlarda ona qarşı bir az etimadsızlıq yaradırdı.
Axı mənim qəlbimi sıxan nədir, mən həqiqətdə nə istəyirəm? Bilmirəm. Həqiqətən də, nə qədər düşünürəm, cavab tapa bilmirəm... Bircə onu bilirəm ki, məni sıxan bir yük var..