Mr.Nobody

Puan vermedi·130 syf.·
2025 22. kitabı
Əsərdə bizə bilinməyəni , həqiqəti necə dərk edə biləcəyimizdən bəhs edilir. Müəllifə görə bizim həqiqət deyə anladığımız şeylər sadəcə zehnimizin yansımasıdır. Zehnimiz isə özlüyündə keçmişin, yaşadıqlarımızın, təcrübələrimizin yansımasıdır. Buna görə də əslində biz həqiqət deyəndə sadəcə bilinəndən, beynimizdə toplanmış fikirlərdən, düşüncələrdən danışırıq. Əsərə görə həqiqətə, bilinməyənə varmaq istəyiriksə o zaman bütün yarğılarımızı, bu günə qədər bildiklərimizi , qəlibləri və s. bu tərz hər şeyi bir kənara atmalıyıq. Sadəcə anın fərqində olmalı və passiv müşahidəçi olmalıyıq. Düşünürəm ki, olanı olduğu kimi görə bilmək bacarığı da burdan yaranır. Əksər insanlar tənqiddə yarğılamada ustadılar. Əksəriyyət həyatda qarşısına çıxan hadisələri, insanları, düşüncələri və s. olduğu kimi görməkdə çətinlik çəkir : doğulandan bu günə cəmiyyətin, mühitin, ətrafın onun beyninə dayatmış olduğu yarğılarla , mentalitetlə , düşünmə tərziylə qarşılayır. Bu da gerçəyi görməyə mane olmaqdan əlavə, həm də onu yanlış anlamağa səbəb olur. İnsan olaraq həqiqəti tapmaq istəyiriksə öncə öz daxilimizə boylanmalı, özümüzü bir yad kimi izləməli və bunu edərkən də beynimizə yüklənmiş bütün "proqramları" söndürməliyik. Öncə özümüzü dərk etsək, ancaq o zaman başqalarını dərk edə bilər və dərin, gerçək, real münasibətlər yaşaya bilərik.. İlk və Son Azadlıq kitabın özünə gəldikdə isə tərcüməsi ürəkaçan deyildi. Bundan əlavə qrammatik və cümlə quruluşlarında səhvlər çox idi. Bu da oxuyarkən çətinlik yaradırdı.
İlk və Son AzadlıqJiddu Krishnamurti · Kosmo Nəşriyyat · 202491 okunma