Babək

Babək
@Dr_Babek
18 okur puanı
Haziran 2020 tarihinde katıldı
Peyğəmbərin tükü həqiqətən müqəddəsdir mi ?
7/10
·80 syf.··
2025 1. kitabı
Bu tük məsciddən yoxa çıxandan 2 evdə oldu və bu evlərin ikisinə də ölüm və bədbəxtlik gətirdi . Bəs bu tük məsciddə , öz guşəsində olarkən ibadət edənlərinə nə dərəcədə kömək edir ? Müqəddəs olan peyğəmbərin tükü ,çarığı , əsası , geyimidir mi ? Ya saf inam , gözəl hisslər , təmiz ,incə hərəkətlər mi ? Peyğəmbərin Tükü
Duygu ve Düşünce
Peyğəmbərin TüküSalman Rushdie · Qanun Nəşriyyatı · 201943 okunma
Reklam
Bakıdan Gələn Xəfiyyə
10/10
·308 syf.··
Beğendi
·
2024 22. kitabı
Elxan Elatlı yaradıcılığından ilk kitabım idi . Bu kitaba qədər bizdə dedektiv yaza biləcək kimsələr ilduğunu düşünmürdüm əslində . Amma bu kitab mənim mühakimələrimi yıxmağı bacardı . Kitabda cinayətkarı tapmaq mümkünsüz oldu mənimçün . Məsələn Aqatta Kristi əsərlərində cinayətkarı tapmaq asan olur . Amma bu kitabda hər kəsdən şübhələnib, heç kəsdən şübhə edə bilməyəcəyiniz bir dilemmanın ortasında qalırsınız sanki . Əsərdə qadınlar , siyasət , sevgisizlik və qayğısızlıq xüsusi işlənib desəm yanılmaram . Ailədən , ətrafından sevgi ala bilməyən , təcavüzlər və qurbanı olan və buna məcbur olub boyun əyən qadınlar diqqətinizi çəkəcək . Əsərdə hər şey ən incə ayrıntısına qədər işlənib . Və heç bir detal açıqda qalmır , müəllif hər şeyi ətraflı izzah edir . Artıq söhbətlər , yorucu ifadələr yoxdur. Oxumanızı tövsiyyə edirəm . Təşəkkürlər Bakıdan Gələn Xəfiyyə Elhan Elatlı
Bakıdan Gələn XəfiyyəElhan Elatlı · Teas Press Nəşriyyatı · 01,090 okunma
9/10
·85 syf.··
Beğendi
·
2024 20. kitabı
Stefan Zweig yaradıcılığının daha bir gözəl nümunəsi . Kitabda bir tərəfdə yalnız şahmatı bilən , öz kəndinin 1 illik qazancını 1 həftədə qazana bilən, özündənrazı şahmat çempionu ;digər tərəfdə isə çətin şəraitdə , dəli olmaqdan qaçan və şahmata təsadüfən tutulan aludəçi bir qəhramanımız var . Şahmatın əvvəl dəlilikdən qaçmağa kömək etdiyi " Doktor B. " , sonradan özünün adlandırdığı "şahmat zəhərlənməsi" xəstəliyi yaşayır . Ki bu halda artıq ağlının get -gəlli hal almasına səbəb olacaqdır . Əslində kitabdan özünü tək başına gizlin inkişaf etdirərək nə qədər mükəmməl nəticə ala biləcəyimizidə göstərir . Ki hətta Doktor B. bu gizlin inkişafıyla çempiona qalib gələcək qədər özünü mükkəmməlləşdirə bilib . Amma həmdə onu görmək olar ki , bir şeyə həddindən artıq tutquyla bağlanmaq ziyanlı ola bilər . Və sonda şahmatda təkcə daşlar yox , həm də , ağıl , strategiya , səbr kimi cəhətlər də mübarizə aparır ... Şahmat
ŞahmatStefan Zweig · Qanun Nəşriyyatı · 2019279,1bin okunma
İki Qusar
8/10
·95 syf.··
2024 19. kitabı
Kitaba " Ata və oğul" adının verilməsi daha düzgün olardı . Oğul atadan bir neçə xüsusiyyəti ilə seçilsədə , mənə görə ata Qraf Turbin daha düzgün , dürüst xarakterə sahibdir . Oğul Turbinin özündən başqasını düşünməmək kimi vecsiz bir xarakteri var . Ki buda sonda yaşadığı hadisəni kornet Polozova danışması və bəlkədə yaşana biləcək gözəl bir hekayənin başlamadan bitməsinə səbəb olur . Oxumaq olar ...
İki QusarLev Tolstoy · Qanun Nəşriyyatı · 201990 okunma
Dostoyevski, Ecinniler
10/10
·700 syf.··
Beğendi
·
2024 17. kitabı
Dostoyevski Şeytanlar romanı siyasi roman kimi Sovet dövrünün mürtəce əsərlərindən biridir . Roman dövrün siyasi görüşləri və fəlsəfi baxışları ilə zəngindir . Kitabda mənfi xarakterlər işlənmişdir . Əsas mənfi xarakter kimi Nikolay Vsevolodoviç önə çıxarılsada , məncə Pyotr Verxovenski daha mənfi xarakterdir . Kitab nə qədərdə siyasi olasada , Krilov və Şatov xarakterlərində din və fəlsəfə də özünə yer tapır . 10/10
ŞeytanlarFyodor Dostoyevski · Şerq-qerb Yayınları · 20147,3bin okunma
Reklam