Açığı kitabdan heç nə gözləmirdim amma bu qədər ruhsuz və maraqsız olacağını da düşünməzdim. Arxa qapaqda elə təqdim olunur ki, sanki oxucunu unudulmaz macəralar gözləyir. Personajlar sanki kartondan kəsilib, hadisələr isə mexaniki şəkildə ard-arda düzülüb. Hekayə uşaqlar üçün olsa da, bu qədər səthi və cansıxıcı olması heç bir yaş qrupuna uyğun deyil.