Xəyal Qocayev

Xəyal Qocayev
@Dreamman
There is always hope :)
8/10
·94 syf.··
Beğendi
·
2026 9. kitabı
·
6 günde okudu
·
Okunma: 13 Mart 2026 22:32
Kitabda ölüm, qocalıq, itki mövzularından bəhs edən hekayələr toplanıb. Elə yazar özü də ölüm ayağında olarkən ağrılar içərisində qələmə alıb bu hekayələri. Kitabın qəmgin, bədbin və bir o qədər də həyat dolu aurası var. Çox fərqlidir bir sözlə. Bu qədər sevəcəyimi düşünməzdim.
Ölüm EyhamlarıFelix Timmermans · Alatoran Yayınları · 20221 okunma
Reklam
4/10
·352 syf.··
2026 7. kitabı
·
10 günde okudu
·
Okunma: 07 Mart 2026 16:51
Kitab kafedə çalışan bir qadının ora gələn turistə aşiq olmasından, evlənmələrindən, uşaqlarının olmamasından, bu halın münasibətlərinə təsirindən və buna görə qadının etdiyi ağlasığmaz hərəkətlərdən bəhs edir. Mən kitabı sevmədim :(
Aşk şarkısıAlex Miller · Pegasus · 2011121 okunma
10/10
·144 syf.··
Beğendi
·
2026 3. kitabı
·
4 günde okudu
·
Okunma: 29 Ocak 2026 22:00
Tolstoy sevgi, nikah və qısqanclıq haqqında elə şeylər deyir ki, adamın içində bir narahatlıq yaranır. Sevgidən nifrətə gedən yolun nə qədər qısa, insan psixologiyasının isə nə qədər qaranlıq ola biləcəyini oxuyuruq. Sizcə qısqanclıq sevginin əlamətidir, yoxsa sadəcə sahiblənmə hissidir?
Kreyser sonatasıLev Tolstoy · Parlaq İmzalar · 202513,6bin okunma
4/10
·500 syf.··
2026 4. kitabı
·
103 günde okudu
·
Okunma: 07 Şubat 2026 22:39
Kitaba çox böyük gözləntilərlə başlamışdım amma bu gözləntilərim heç qarşılanmadı. Amerikada doğulub boya-başa çatan yeniyetmə bir türk qızın - Selinin universitet, yataqxana həyatından, dostluq, sevgi münasibətlərindən bəhs edir kitab. Həddən artıq uzadılmış xatirə dəftəri hissiyatı verdi mənə.
İdiotElif Batuman · Teas Press · 2025184 okunma
5/10
·288 syf.··
2025 114. kitabı
·
20 günde okudu
·
Okunma: 27 Ekim 2025 00:00
Kitab insanın daxili parçalanması və mənəvi tənhalığı mövzusunu dərin şəkildə araşdırır. Baş qəhrəmanımız Harri Haller cəmiyyətlə uyğunlaşa bilməyən, öz içində iki fərqli şəxsiyyətin (insan və yalquzaq) mübarizəsini yaşayan bir insandır. Əsər oxucunu mövcudluq, mənəvi azadlıq, sənət və həyatın mənası üzərində düşündürür. Çox-çox dərin bir kitabdır amma təəssüf ki, mən o dərinliyə enə bilmədim. İllər sonra mütləq bir daha oxuyacam.
YalquzaqHermann Hesse · Parlaq İmzalar Nəşriyyatı · 20259,6bin okunma
Reklam