Gabriel Garcia Marquez’in bu əsərini oxumazdan əvvəl Kolumbiya cəmiyyətinin Azərbaycan cəmiyyətinə bu qədər oxşar olduğunu bilmirdim. Sonra isə George Orwell’in “Birma Günləri” əsəri ağlıma gəldi və anladım ki, müstəmləkə və xərcmərclik yaşamış və inkişaf tempindən (bəlkə də inkişafdan) geridə qalmış bütün cəmiyyətlər üçün bir çox nüanslar və məsələlər oxşarlıq təşkil edir. Əsər real hadisələr əsasında yazılmışdır. Əsərdə namus cinayəti baş verir və çox qəribədir ki, bu cinayətin olacağını və kimlərin edəcəyini hamı bilsə də, buna normal bir iş imiş kimi yanaşırlar. Bu ruhsuz, vecsiz və geridə qalmış cəmiyyətdə baş vermiş qətl hadisəsinin tarixçəsini hamıya oxumağı məsləhət görürəm. Gabriel Garcia MarquezGözlənilən Bir Qətlin Tarixçəsi
“Master və Marqarita qədər məni əsəb edən 2-ci əsər olmayıb. Əsərdə qum dənəsi qədər obraz, hələlik yersiz hesab etdiyim çox hissələr var. İki saat oxuyuram və görürəm ki, hələ 5 səhifəsini bitirmişəm) Əsərin mənfi qəhrəmanı var, amma xilaskar protagonist hələ də bilinmir. Necə bitəcəyini hələ də təxmin edə bilmirəm. (Bu hissələr, açığı, yaxşı tərəfidir) Çoxbölümlü serial kimidir əsər. Hər başlıqda fərqli obraz və hadisələr var + antik dövrlər yeni dövr arasında get-gəldə olursan. Bircə onu deyə bilərəm ki, son səhifədə 10/10 deyəcəm,
ya da kaş vaxtımı buna hədər etməyərdim deyəcəm bu əsər barədə. Master və Marqarita