Elməddin

Elməddin
Co Founder of Azerbaijan Trip Adventures Logistics Operation Manager / Declarant
DİA
Baku
10 Aralık
63 okur puanı
Ağustos 2024 tarihinde katıldı
Şu anda okuduğu kitap
1/10
·34 syf.··
2025 19. kitabı
Şübhəsiz ki, indiyədək oxuduğum ən bərbad əsərdir. Kommunizm və SSRİ təbliğini İlyas Əfəndiyev yaradıcılığında da görmüşük. Ancaq oxuduğum heç bir azərbaycandilli əsər əvvəldən axıra qədər propaqanda, təbliğat vasitəsi olmayıb. Kommunizm və qırmızı inqilabı yəqin ki, heç Che Guevara Cəfər Cabbarlı qədər belə təbliğ edə bilməyib. Əsərdə məntiqsizlik, 100 il əvvəlki Azərbaycan gündəlik həyatına uymayan bir dünya uyğunsuzluq var. Əsərdə şərq mədəniyyəti alçaldılır, hətta ölülərə və qəbirlərə belə hörmətsizlik edilir. Uydurma, uyğunsuzluq, qara propaqanda vasitəsi olan bu əsərə ancaq 0 düşür.
Cafer Cabbarlı
Cafer Cabbarlı
Firuzə
Firuzə
1000Kitap
FiruzəCafer Cabbarlı · Uşaqgəncnəşr Nəşriyyatı · 193950 okunma
Reklam
10/10
·128 syf.··
Beğendi
·
2024 121. kitabı
·
3 günde okudu
·
Okunma: 23 Aralık 2024 16:38
Gabriel Garcia Marquez’in bu əsərini oxumazdan əvvəl Kolumbiya cəmiyyətinin Azərbaycan cəmiyyətinə bu qədər oxşar olduğunu bilmirdim. Sonra isə George Orwell’in “Birma Günləri” əsəri ağlıma gəldi və anladım ki, müstəmləkə və xərcmərclik yaşamış və inkişaf tempindən (bəlkə də inkişafdan) geridə qalmış bütün cəmiyyətlər üçün bir çox nüanslar və məsələlər oxşarlıq təşkil edir. Əsər real hadisələr əsasında yazılmışdır. Əsərdə namus cinayəti baş verir və çox qəribədir ki, bu cinayətin olacağını və kimlərin edəcəyini hamı bilsə də, buna normal bir iş imiş kimi yanaşırlar. Bu ruhsuz, vecsiz və geridə qalmış cəmiyyətdə baş vermiş qətl hadisəsinin tarixçəsini hamıya oxumağı məsləhət görürəm.
Gabriel Garcia Marquez
Gabriel Garcia Marquez
Gözlənilən Bir Qətlin Tarixçəsi
Gözlənilən Bir Qətlin Tarixçəsi
1000Kitap
Gözlənilən Bir Qətlin TarixçəsiGabriel Garcia Marquez · Qanun Nəşriyyatı · 201195,2bin okunma
10/10
·64 syf.··
Beğendi
·
2024 140. kitabı
·
3 saatte okudu
·
Okunma: 30 Aralık 2024 20:48
Bu əsərin mənə bu dərəcədə təsir göstərəcəyini gözləmirdim. Poprişçin Martin İden kimi, Holden Kolfildlər kimi az-az rastlaşdığımız real həyatla (yazıçı ilə) bağlılığı olan, bizə daha çox təsir göstərən obrazlardan biridir. Poprişçin sevgiyə, sayğıya (Maslow piramidasındakı ilk pillələr) olan ehtiyacı ödənilməyən, ağır sinifi parçalanmanı iliklərinə qədər yaşayan bir obrazdır. Biz onun simasında ruhi xəstələrə göstərilən ağır münasibəti də görürük. Yekdilliklə deyə bilərəm ki, bu əsər mənim üçün 2024-ün ən təsiredici əsəridir. Ölüm uzaqdaykən bu əsəri oxumağınızı sizə məsləhət görürəm.
1000Kitap
Bir Delinin Hatıra DefteriNikolay Gogol · Tutku Yayınevi · 201715bin okunma
9/10
·160 syf.··
Beğendi
·
2024 102. kitabı
·
17 günde okudu
·
Okunma: 22 Kasım 2024 20:19
“Körpüsalanlar” İlyas Əfəndiyevin yəqin ki, oxuduğum sonuncu əsəridir. Süjet xətti marağımı çəkən bu əsər artan-enən tempi ilə məni özünə bağlamışdı. Həyatının mənasını tapdığını dediyimiz Səriyyə açığı məndə qıcıq hissi yaratdı. Adilin hissələrində isə ona xeyli yazığım gəldi. Qərib də məndə qıcıq hissi yaradırdı. Çünki Səriyyənin hislərini duymamış deyildi və onun vəziyyətini anlayıb oradan gedə bilərdi. Ancaq Qəribin də Səriyyəyə qarşı boş olmadığını və dostları atmağın da çətin olduğunu fikirləşəndə bəzən bu qıcıq hissim itirdi. Ümumilikdə bu əsər çox xoşuma gəldi. Ətrafımda buna oxşar hadisələrə rast gəlmişəm. Sona yaxın hər 1 səhifəsi, ömrümdən gedən 1 ilmiş kimi hiss etdiyim bu əsərlə belə inceleme ilə sağollaşmağı özümə borc bildim. Bura qədər gələ bildinizsə təşəkkürlər!
1000Kitap
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0740 okunma
9/10
·224 syf.··
Beğendi
·
2024 94. kitabı
·
29 saatte okudu
·
Okunma: 02 Kasım 2024 15:28
“Söyüdlü Arx” ilk 40 səhifəsi mənimçün darıxdırıcı, davamı isə artan həvəslə davam edən əsər oldu. Şübhəsiz ki, yeni dövr Azərbaycan ədəbiyyatında belə gözəl əsərə az-az təsadüf olunur. Əsər ilk başdan mənə qeyri-real təsir bağışlasa da, sonrası mənim üçün “yüz faiz real həyatdan götürülüb” sözünü deməyə məcbur etdi. Əsəri çox bəyəndim, ürəyimdə “kaş Güney Qışlaqda yaşayardım” fikrini keçirtdim. Bütün obrazları oxuduqca təqdir etdim. Hər biri mənə çox doğma gəldi, əsas da kəndin o mehriban, birlikçi mühiti. Məni ən çox sevindirən isə əsərin happy endlə bitməsi oldu. Əsərdə mənim üçün mənfi məqam kommunizmin təbliği idi ki, bu nüans da əslində o dövr ədəbiyyatı üçün normal, hətta tələb edilən haldır. Ona görə də bu nüansı çox şişirtmək istəmirəm və bu əsəri hamıya məsləhət görürəm.
1000Kitap
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,300 okunma
Reklam